Yol polisi belə "prujinlərə" görə sürücüyə cərimə yaza bilər?

Avtomobillər bir neçə il istismar edildikdən sonra yaylar sıxılmağa başlayır. Ağırlıq əsasən avtomobilin arxa hissəsinə düşdüyü üçün, adətən arxa yaylarda sıxılma müşahidə olunur. Belə olan halda isə avtomobilin arxası aşağı düşür. Bir neçə sürücü maşının arxasının aşağı olmasına görə yol polisi tərəfindən saxlanıldığını və avtomobilin duracağa aparıldığını bildirir.
Bəs buna görə sürücü cərimə oluna bilər, yoxsa yox?
Avtosfer.az xəbər verir ki, istismar edilən maşında yayların bir müddətdən sonra sıxılması normal haldır. Bəzən sürücülər maşının arxasının aşağı olması üçün yaylara qanunsuz müdaxilə edərək (yayları qızdıraraq) konstruskiya dəyişikliyi edirlər. Bu cür müdaxilələr yolverilməzdir. Çünki qızdırlan yaylar öz keyfiyyətini və normal fəaliyyətini itirir. Lakin yaylar istismar zamanı sıxılırsa və avtomobilin arxası müəyyən qədər aşağı düşürsə, buna görə qanunda cərimə nəzərdə tutulmayıb. İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində qeyd olunub ki, normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə sürücü 150 manat cərimə oluna bilər. Yayların istismar müddətində sıxılması normativ tələbin pozulması demək deyil. Həmçinin yayların istismar müdddətinin başa çatması ilə bağlı heç bir norma olmadığı üçün, yol polisi əməkdaşı sürücüyə “yaylar istismar müdddətini başa vurub” – deyərək nöqsan tuta bilməz.
Nərminə Əli
Qeyd: Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “2022-ci il kiçik qrant müsabiqəsi”ndə qalib olmuş “Yol hərəkəti təhlükəsizliyi: hüquqi yardım və maaifləndirmə” layihəsi çərçivəsində hazırlanıb.
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA
Maneənin üzərindən keçərkən bu səhvə yol verməyin – TÖVSİYƏ - VİDEO
Bu ölkədə şagirdlərə qarşı fiziki gücdən istifadə qanuniləşdirilir
Dönmə zamanı bu səhv tıxaca səbəb olur: Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Bu küçədə yaşıl işıq yanan kimi tələsməyin: Qəza riski var – VİDEO
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO












