Yol polisi bufersiz maşını duracağa apara bilər? - QAYDALAR

Bəzən baş verən yüngül yol qəzalarından sonra sürücülər avtomobilin buferini çıxararaq təmirə verirlər. Təmir bir neçə gün çəkdiyi üçün, maşınsız qala bilməyən sürücülər məcburi şəkildə bufersiz yola çıxmalı olurlar. Belə vəziyyətdə avtomobili idarə edən bir çox sürücü yol polisi tərəfindən saxlanıldıqlarını və avtomobilin mühafizə olunan duracağa aparıldığını bildirib. Həmin sürücülər Avtosfer.az-ın qaynar xəttinə müraciət edərək bufersiz avtomobilin duracağa aparılmasının nə qədər doğru olub-olmadığını soruşurlar.
Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanunun 1 saylı əlavəsində qeyd olunan nasazlıqlar siyahısında konstruksiyanın digər ünsürlərin nasazlıqları da yer alır. Həmin müddəada qeyd olunub ki, nəqliyyat vasitəsinin digər ünsürləri nasaz olduqda həmin nasazlıqlar aradan qaldırılmalıdır. Avtomobilin buferləri də konstruksiyanın digər ünsürlərinə aid olunur. Yollarda hərəkət edən hər bir avtomobil saz və konstruktiv bütöv vəziyyətdə olmalıdır. Bəs konstruktiv bütöv vəziyyətdə olmadığı halda, məsələn avtomobilin buferləri çıxarılmış vəziyyətdə olanda sürücünü hansı məsuliyyət gözləyir?
Avtosfer.az xəbər verir ki, nasazlığa görə məsuliyyət tədbirləri İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsində yer alır. Həmin məcəllənin 342.5-ci maddəsində qeyd olunub ki, konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə - əlli manat məbləğində cərimə nəzərdə tutulub. Qanunun bu cümləsində konkret olaraq qeyd olunub ki, “nasazlığı aradan qaldırmaq mümkün olmadıqda” sürücü məsuliyyətə cəlb edilir. Bu o deməkdir ki, sürücü nasazlığı aradan qaldıra bilmirsə, o zaman cərimə oluna bilər. Hətta qanunda nasazlığı “yerində” aradan qaldırmaq məsələsi olmadığı üçün, polis əməkdaşı sürücüyə xəbərdarlıq edərək buraxmalıdır.
Onu da qeyd edək ki, nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılması İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsi ilə tənzimlənir. Həmin maddədə nəqliyyat vasitəsinin nasazlıq səbəbindən duracağa yerləşdirilməsi nəzərdə tutulmayıb.
Nərminə Əli
Sürücülərin təhlükəli vərdişi: Zolaq dəyişmək niyə risklidir? – VİDEO
"Anti cib" modeli dayanacaqlarda təhlükəsizliyi artıracaq? - İZAH
Yol kənarında dayanan piyadalar niyə sürücülər üçün risk yaradır? – VİDEO
Qaraj alanda aldanmamaq üçün bu yazını oxuyun! - FOTOLAR
Bakıda bu ərazilərdə yeni dayanacaq pavilyonları quraşdırıldı – FOTOLAR
Bu məntəqələrin yanından keçərkən sürəti azaldın – Mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO
Yayda avtomobili tez soyutmağın sadə üsulu – MÜTƏXƏSSİS AÇIQLADI
Tıxac niyə azalmaq əvəzinə artır? – Ekspert səbəblərini AÇIQLADI
Bir neçə zolağın eyni anda dəyişdirilməsi qəza riskini artırır – MÜTƏXƏSSİS – VİDEO
Gələcəyin nəqliyyat mühəndisi təkcə layihə çəkməyi bacarmamalıdır - EKSPERT
Yol kənarındakı bu maneələr qəza riskini artırır – MÜTƏXƏSSİS - VİDEO










