Yol polisi fərqlənmə nişanına görə taksi sürücülərinə cərimə yaza bilərmi? - ÖYRƏNƏK

Son günlər Dövlət Yol Polisi, Bakı Nəqliyyat Agentliyi və Dövlət Vergi Xidməti taksi sürücülərinə qarşı reydlər keçirir. Reydlər zamanı qanunsuz taksi fəaliyyəti ilə məşğul olan sürücülər cərimələnir.
Avtosfer.az-ım araşdırmasına görə, İnzibati Xətalar Məcəlləsinin 324-cü maddəsi xüsusi razılıq (lisenziya) olmadan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması, yaxud lisenziya şərtlərinin pozulmasından bəhs edir. Belə ki, xüsusi razılıq (lisenziya) olmadan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmasına görə sürücü yüz manat məbləğində cərimə edilir.
Eyni zamanda avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmalarına dair xüsusi razılıq (lisenziya) şərtlərinin pozulmasına görə əlli manat məbləğində cərimə tətbiq olunur.
Bəs bu cəriməni hansı qurum tətbiq edə bilər?
Qeyd edək ki, Azərbaycanda sərnişindaşımaya görə lisenziya nəzərdə tutulmayıb. Odur ki, bu maddəyə görə sürücülərə cərimə tətbiq oluna bilməz. Fərqlənmə nişanına görə isə cəriməni Dövlət Yol Polisi yaza bilməz. Sürücü bu xətaya görə Dövlət Vergi Xidməti tərəfindən cərimə oluna bilər. Bəzi hallarda isə sürücülər Yol Polisinin bu cəriməni tətbiq etdiyi barədə şikayətlər edir.
Qeyd edək ki, Yol Polisi Məcəllənin 324-cü maddəsinə görə deyil, 322.0.2-ci yni, “Taksi” tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan, habelə nasaz və ya plombu pozulmuş taksometrlə taksi minik avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsinə görə sürücünü qırx manatdan əlli manatadək məbləğdə cərimə edə bilər.
Orxan
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












