Yol polisi ilə mübahisə edib videoya çəkmək hansı nəticələri verir? - VİDEO

Vətəndaş Rüstəm Cəfərovun sosial şəbəkələrdə paylaşdığı video izləyənlərin müzakirəsinə səbəb olub. Belə ki, videoda yol patrul xidməti əməkdaşı sürücünü saxlayır, qaydalara uyğun çərçivədə özünü təqdim edir, qayda pozuntusunu izah edir və sənədləri istıyir. Lakin sürücü bir neçə dəqiqə ərzində heç bir sənəd təqdim etmir, hətta şikayət edir. Uzun mübahisədən sonra sürücü razılaşmır, amma inspektor ona cərimə yazır.
Amma qaydalar bu cürdürmü? Əslində belə videoların yayılması sürücülər arasında da çaşqınlıq yaradır. Hətta bəzi sürücülər də bildi-bilmədi 2-3 maddəni əzbərləyir və polis əməkdaşları ilə mübahisə etməyə başlayır. Nəticədə isə özlərinin vəziyyətini gərginləşdirirlər.
"Yol hərəkəti haqqında" qanuna və Yol Patrul Xidməti haqqında təlimata əsasən, YPX əməkdaşı vizual şəkildə gördüyü qayda pozuntusuna görə, nəqliyyat vasitəsini saxlayır, özünü təqdim edərək sənədləri tələb edir. Qanuna görə, sürücü müvafiq sənədləri təqdim etməlidir. Hətta inspektorun tələbi ilə nəqliyyat vasitəsini tərk edə və etirazını protokola qeyd edə bilər. Yaxud da sonradan elektron qaydada və yaxud poçt vasitəsilə protokoldan şikayətini bildirə bilər.
Bu cür videoların yayılması həm yol patrul xidməti əməkdaşlarının bir az məsuliyyətli olmasına dəlalət edirsə, digər tərəfdən də sürücülər arasında çaşqınlıq yaradır. Bəzi sürücülər belə videolardan ruhlanaraq yeri gəldi-gəlmədi polis əməkdaşları ilə mübahisə edirlər. Bəzən də öz vəziyyətlərini ağırlaşdırırlar.
Tövsiyə edərdik ki, qaydaları bilmək və ona əməl etmək lazımdır. Amma YPX əməkdaşı ilə uzun müddət mübahisə etmək də olmaz. Çünki hər sürücüyə yarım saat vaxt sərf olunsa bu ümumi işin keyfiyyətinə mənfi təsir göstərir. Bəziləri bunu sadəcə məsuliyyətdən yayınmaq üçün edir. Amma bəziləri də hüquqları bildiyi üçün. Amma ümumilikdə sürücülər də yol polisini nəzərə almalıdır.
Təqdim olunan videoda da vətəndaş Rüstəm Cəfərov da eyni situasiya yaşayır. Təbii ki, görüntülər ortadadır və obyektiv qərar veriləcək. Şikayət etmək hüququ isə hər bir vətəndaşda qalır.
Emin
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












