Yol polisinin təşkilatçılığı ilə orta məktəbdə maarifləndirici tədbir keçirilib - FOTO

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin təşkilatçılığı ilə Yasamal rayonundakı 158 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd uşaqları yol qəzalarından qorumaq, onları bu sahədə maarifləndirmək, eləcə də baş verən yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün təbliğat işini gücləndirməkdir. Məktəbin direktoru Mehriban Ələkbərova yol hərəkəti qaydalarının şagirdlər arasında təbliği işinə göstərdikləri dəstəyə görə polis əməkdaşlarına təşəkkür edib.
Orta məktəblərdə maarifləndirici tədbirlərin mütəmadi qaydada keçirildiyini bildirən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov qeyd edib ki, belə görüşlərin əsas məqsədi şagirdlərə yol hərəkəti qaydaları haqqında dolğun məlumat verməkdir. Uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin səmərəliliyinin yüksəldilməsi diqqət mərkəzindədir. Məhz bu məqsədlə yol polisi tərəfindən paytaxt məktəblərində mütəmadi olaraq tədbirlər keçirilir, azyaşlılarla maarifləndirmə xarakterli görüşlər təşkil olunur. Son illər paytaxtda və respublikanın ayrı-ayrı bölgələrində yol polislərinin keçirdikləri belə maarifləndirici tədbirlər səmərəli nəticələr verir. Məktəbyaşlı uşaqların qəzalar zamanı nəqliyyat vasitələri tərəfindən vurulması halı minimuma enib.
Bakı Şəhər Baş Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin baş inspektoru, polis mayoru Kəmalə Ələkbərova və digər çıxış edənlər bildiriblər ki, qarşıda duran əsas məqsədlərdən biri yol-nəqliyyat hadisələri zamanı uşaqların zərər çəkməsini minimuma endirmək və azyaşlıları qəzalardan qorumaqdır.
Görüşdə şagirdlərə yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasının ağır fəsadlarına dair sosial videoçarxlar nümayiş etdirilib.
Tədbirdə məktəblilər tərəfindən yol hərəkəti qaydalarından bəhs edən səhnəciklər nümayiş olunub.
Sonra şagirdlərin sualları cavablandırılıb, fəal məktəblilərə hədiyyələr təqdim olunub.
Emin
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT



















