Yol qəzalarından qaçmaq üçün nələrə DİQQƏT etməli?

Yollarda baş verən nəqliyyat qəzaları, demək olar ki, hər gün onlarla ailəni gözüyaşlı qoyur, valideynlərin ümidlər bəslədiyi övladını əlindən alır, bir ailəni başsız qoyur. Bu qəzaların səbəbi isə, təbii ki, sürücü məsuliyyətsizliyi göstərilir. Avtosfer.az xəbər verir ki, qəzaları doğuran səbəblər, ondan yayınmaq yollarını təhlükəsizlik məsələləri ilə bağlı ekspert Elmar Nurəliyev milli.az-a açıqlayıb.
Ekspert hesab edir ki, qəzaların baş verməməsi üçün birinci növbədə qəzaları yaradan potensial səbəbləri aradan qaldırmaq lazımdır. Yolun dağılan, yararsız hala düşən hissələri tez bir zamanda aradan qalırılmalıdır: "Sürücü yolun yararsız hissəsinə düşməmək üçün maşının sürətini ani bir anda azaldır, yaxud qarşı yola çıxır. Götürək Bakı-Quba yolunu. Gədəndə elə də ciddi maneələr olmasa da qayıdanda, demək olar ki, qəza qaçılmazdır. Hamı maşını yolu ayıran dəmir arakəsmələrə 5-10 santımetr yaxın sürür ki, təkərləri o dərin yamalara düşməsin. İkinci, yolların işıqlandırılması və yerdə ağ-sarı xətlənmə işlərinin olmasıdır. Dəmək olar ki, yolların çoxunda yoxdur, yaxud varsa da, artıq pozulmaq üzrədir. Bu xətlər sürücünün diqqətini psixoloji olaraq yolda saxlayır və diqqətin yayılmasının qarşısını alır".
E.Nurəliyev bildirir ki, əsas məqamlardan biri sürücülərdə "YOL VERMƏK " qabiliyyətinin formalaşmasını təmin etməkdir: "Bizdə sükan arxasında oturanların çoxu "yol mənimdir", "mən sürməliyəm" düşüncəsi ilə maşın idarə edirlər, hətta maşını vursa belə, yenə yol vermir ki, yol onundur. Əgər başqa sürücü sənin yoluna qəsdən girirsə belə, yenə yol ver qoy girib getsin. Yol vermək lazımdır, əsəbləşib üstünə sürmək yox".
Ekspert bildirir ki, acınacaqlı vəziyyət avtobuslara, ictimai nəqliyyata olan münasibətdir: "Avtobuslara, ümumiyyətlə, yol verən yoxdur, demək olar. Onu özlərinə ayıb, təhqir bilirlər ki, avtobusa yol verim, heç olmasa qoy çıxsın dayanacaqdan. Axı sən oturmusan rahat maşınında, o avtobusun içərisində yaşlısı, qocası, xəstə olanı var. Bunu düşünmək üçün gərək o avtobusun içərisində olasan? Bir xətt üzrə 10-15, hətta ondan da çox dayanacaq var və bunların hamısından çıxıb-girəndə neçə dəqiqə yubansa, o avtobus sürücüsü də itirdiyi vaxtı yolda qazanmaq üçün bərk sürəcək və nəticədə qəza riski artacaq. Bax o avtobusda bizim də doğmalarınız, əzizlərimiz ola bilər. Ona görə yol vermək lazımdır. Ümumiyyətlə, yol ayrıcına istər qaydanı pozub, istərsə də pozmayıb girən maşına yol vermək lazımdır. Həm piyadalarda, həm də nəqliyyat vasitələrində yol vermək mədəniyyətinin formalaşması baş verən qəzaları azaldar. Bunu video çarxlar formasında hazırlayıb televiziyalarda, internet xəbər portallarında, sosial şəbəkələrdə paylaşıb maarifləndirmə aparmaq olar".
İşıqforlarda saniyəölçənin yığışdırılması təklif edilir; nəyə təsir edəcək? - ARAŞDIRMA
Ərazisi bəzi Avropa paytaxtlarından böyük olan Bakıda niyə tıxac var? – Rauf Ağamirzəyev - FOTO
Bakıdakı dairələr yollarda hərəkətə təhlükə yaradır? – Mütəxəssis RƏYİ - VİDEO
Sürücülərə XƏBƏRDARLIQ - Maşınınızdakı gizli təhlükəyə diqqət!
Hər bir sürücü həm də piyadadır, yollarda onlar daha diqqətli olmalıdır - EKSPERT - VİDEO
“Zebra”lar piyadalar üçün təhlükəsizliyi tam təmin edirmi? – Ekspertdən AÇIQLAMA
Hansısa manevrlə bağlı qadağanedici nişan yoxdursa, deməli, icazə var – MÜTƏXƏSSİS - VİDEO
Nömrə nişanlarının rəng və hərflərinə görə necə fərqləndiyini bilirdiz? - ARAŞDIRMA
Şəhər mühitində obyektlərə əlçatanlıq mövzusu GÜNDƏM OLDU - FOTO
Şəhərdə piyada üçün yaradılan şəraitə etiraz edənlər sürücülərdir - EKSPERT
Sürücünün alışdığı yanlış vərdişlər siqaret kimidir, tərgitmək çətindir – MÜTƏXƏSSİS - VİDEO










