Yol qəzalarından qorunmaq üçün bunları BİLMƏK LAZIMDIR

Yollarda baş verən nəqliyyat qəzaları, demək olar ki, hər gün onlarla ailəni gözüyaşlı qoyur, valideynlərin ümidlər bəslədiyi övladını əlindən alır, bir ailəni başsız qoyur. Bu qəzaların səbəbi isə, təbii ki, sürücü məsuliyyətsizliyi göstərilir. Avtosfer.az qəzaları doğuran səbəblər, ondan yayınmaq yolları barədə oxuculara tövsiyələr verir. İlk növbədə qəzaları yaradan potensial səbəbləri aradan qaldırmaq lazımdır. Yolun dağılan, yararsız hala düşən hissələri tez bir zamanda aradan qalırılmalıdır: Sürücü yolun yararsız hissəsinə düşməmək üçün maşının sürətini ani bir anda azaldır, yaxud qarşı yola çıxır. Məsələn Bakı-Quba yolunda hamı maşını yolu ayıran dəmir arakəsmələrə 5-10 santımetr yaxın sürür ki, təkərləri o dərin yamalara düşməsin.
İkinci, yolların işıqlandırılması və yerdə ağ-sarı xətlənmə işlərinin olmasıdır. Dəmək olar ki, yolların çoxunda yoxdur, yaxud varsa da, artıq pozulmaq üzrədir. Bu xətlər sürücünün diqqətini psixoloji olaraq yolda saxlayır və diqqətin yayılmasının qarşısını alır.
Əsas məqamlardan biri sürücülərdə "yol vermək" mədəniyyətinin formalaşmasını təmin etməkdir. Təəssüf ki, sükan arxasında oturanların çoxu "yol mənimdir", "mən sürməliyəm" düşüncəsi ilə maşın idarə edirlər, hətta maşını vursa belə, yenə yol vermir ki, yol onundur. Əgər başqa sürücü sənin yoluna qəsdən girirsə belə, yenə yol ver qoy girib getsin. Yol vermək lazımdır, əsəbləşib üstünə sürmək yox.
Ümumiyyətlə, yol ayrıcına istər qaydanı pozub, istərsə də pozmayıb girən maşına yol vermək lazımdır. Həm piyadalarda, həm də nəqliyyat vasitələrində yol vermək mədəniyyətinin formalaşması baş verən qəzaları azaldar.
Orxan Əli
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA
Maneənin üzərindən keçərkən bu səhvə yol verməyin – TÖVSİYƏ - VİDEO
Bu ölkədə şagirdlərə qarşı fiziki gücdən istifadə qanuniləşdirilir
Dönmə zamanı bu səhv tıxaca səbəb olur: Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Bu küçədə yaşıl işıq yanan kimi tələsməyin: Qəza riski var – VİDEO
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO












