“Zebra”da qoca kişiyə yol vermədilər, motosiklet vurub kənara atdı - VİDEO

Sosial şəbəkələrdə yayılan iki video fərqli ölkələrdə piyadalara münasibəti əks etdirməsi baxımından geniş müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, birinci videoda İsveçdə balaca bir qız uşağı velosipedlə yolu keçmək istəyir. Bu zaman hərəkətdə olan avtobus onun təhlükəsiz keçidini təmin etmək üçün dayanır. Sürücü qaydalara uyğun olaraq piyadaya (bu videoda azyaşlı velosipedçiyə) yol verir və təhlükəsiz şəkildə yoluna davam etməsinə şərait yaradır.
Digər görüntü isə Türkiyədə qeydə alınıb. Videoda piyada şəxs "zebra"dan keçmək istədiyi zaman sürücülərin heç biri ona yol vermir. Daha da acınacaqlısı odur ki, yaşlı kişi nəhayət keçməyə imkan tapdığı anda motosiklet tərəfindən vurulur. Hadisə sürücülərin piyadalara yol verməməsinin yaratdığı təhlükəni bir daha ortaya qoyur.
Müqayisəli görüntülər ictimaiyyətin diqqətini bir daha yol mədəniyyətinə və sürücü məsuliyyətinə yönəldib. Sosial şəbəkə istifadəçiləri arasında bu fərqli yanaşmalar geniş müzakirə doğurub. Onu da qeyd edək ki, Türkiyədə qeydə alınınan hadisələrə bənzər faktlara ölkəmizdə də tez-tez rast gəlirik. Son illərdə bir çox sürücülər istər tələsmə, istərsə də piyadanı görməmə bəhanəsilə onlara yol vermir, yaxud da qəzaya səbəb olurlar.
Eltac Zülfüqaroğlu
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA
Maneənin üzərindən keçərkən bu səhvə yol verməyin – TÖVSİYƏ - VİDEO
Bu ölkədə şagirdlərə qarşı fiziki gücdən istifadə qanuniləşdirilir
Dönmə zamanı bu səhv tıxaca səbəb olur: Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Bu küçədə yaşıl işıq yanan kimi tələsməyin: Qəza riski var – VİDEO
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO












