Zəncirlənmiş parkinqlər, zəbt olunmuş həyətlər - Qaydalar necə qorunmalıdır?

Son günlərdə sosial şəbəkələrdə vətəndaşların daha çox narazılıq etdiyi məsələlərdən biri də binaların həyətlərində, yolların kənarlarında müxtəlif vasitələrlə özləri üçün "park yeri" düzəltmiş şəxslərlə bağlıdır. Belə ki, "bura mənim yerimdir" prinsipi ilə dəmir vasitələr, zəncir, slaqbaum və s. quraşdıraraq məhəllədaxili yollarda və səkilərdə, o cümlədən binaların həyətlərində "parkinqlər" düzəldirlər. Hətta bəzən bilməyərək hansısa sürücü onların "yerində" saxlasa maneə yaratmaq üçün qarşısını kəsirlər. Bu isə çox zaman yersiz mübahisələr və davaya çevrilir. Bəs görəsən qanunvericilikdə bununla bağlı hansı müddəlar nəzərdə tutulub?
İnzibati xətalar məcəlləsinin 354.0.4. maddəsində deyilir ki, yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulmasına və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, yaxud avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneələr yaradılmasına görə fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Elməddin Muradlı hesab edir ki, bununla bağlı konkret tədbirlər görmək olar. "Bu məsələ dəfələrlə qabardılıb. Hətta Fövqəladə Hallar Nazirliyinin işçiləri həmin dəmir dirəkləri bu gün kəsirdilər, sabah təzədən basdırılırdı. Odur ki, hüquqi cəhətdən buna yanaşmaq daha doğru olardı. Bir neçə dəfə həmin şəxslər cərimələnsələr o zaman ikinci dəfə bunu etməzlər."
Ekspert deyir ki, qanunda bu məsələ dəqiq əksini tapmadığına görə birbaşa müdaxilə etmək olmur. "Amma nəzərə alsaq ki, maddədə "nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə" ifadəsi var, bundan yola çıxaraq cərimə tətbiq etmək olar."
Qeyd edək ki, bu cür qanunsuz park yerləri şəhərin əksər daxili küçələrində və binaların həyətlərində var.
Orxan
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












