“07” ilə qayda pozan xanım sürücünün maşını duracağa aparıldı - VİDEO

Sürücülük vəsiqəsinin müddətinin bitməsinə baxmayaraq avtomobil idarə edən xanım sürücü yol polisi tərəfindən aşkar edilib.
Avtosfer.az xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Yasamal rayonu, Şərifzadə küçəsində reyd keçirərkən sürücü qayda pozub və saxlanılıb. Belə ki, 90-XD-087 qeydiyyat nişanlı “VAZ” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini avtobus dayanacağında saxlayıb. Bu da avtobusların dayanacağa daxil olmasına mane olmaqla yanaşı, sərnişinlərin də avtobuslara rahat və təhlükəsiz minib-düşməsinə çətinlik yaradıb.
Yoxlama zamanı xanım sürücünün sürücülük vəsiqəsinin müddətinin 2 ildən artıqdır ki, bitməsi aşkar olunub. Nəticədə DYP əməkdaşları sürücü ilə bağlı qanunamüvafiq tədbirlər görüb və avtomobil duracağa yerləşdirilib.
Məhəbbət Tərlanoğlu
Yolunu qısaltmaq istəyən sürücü kobud qayda pozdu - VİDEO
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO











