Ağ Şəhərdə “hoqqa” verən sürücülər yolboyu bir-biriylə “yarışdılar” - VİDEO

Paytaxtın Xaqani Rüstəmov küçəsində avtixuliqanlıq edən sürücülər kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, bu barədə görüntü sosial şəbəkədə paylaşılıb. Hərəkətdə olan 99-MD-402 dövlət nömrə nişanlı “Volkswagen” markalı və “Naz Lifan” markalı avtomobillərin sürücüləri yol boyu təhlükəli manevrlər edərək yarışıblar. Belə ki, onlar ardıcıl olaraq gah sağ, gah da sol zolağa keçərək “şou” göstəriblər. Bununla kifayətlənməyən “Naz Lifan” sürücüsü sola dönərək dairəyə “protiv” girib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 511.3-cü maddəsinə əsasən, bu Məcəllənin 511.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin aşkar surətdə iki və ya daha artıq nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı təşkil edilməsinə görə,
nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla iki min manatdan dörd min manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.
Nərmin
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO












