Avtobus sürücüləri sərnişinləri görün harada mindirib-düşürür – TƏHLÜKƏ - VİDEO

Paytaxtda avtobus sürücüləri sərnişinləri təhlükəyə atır.
Avtosfer.az xəbər verir ki, bu barədə redaksiyamıza müxtəlif günlərdə çəkilmiş videolar göndərilib.
Nizami rayonu Böyük İpək yolu küçəsində, “Yeni Klinika”nın qarşısındakı yolda avtobus dayanacağı var. Lakin bəzi avtobus sürücüləri Heydər Əliyev prospekti istiqamətindən gələn zaman tunelin çıxışında sərnişinləri mindirib-düşürür. Qaydalara uyğun olaraq sürücülər tuneldən çıxan kimi sağa, onlar üçün ayrılmış dayanacaa daxil olmalıdırlar.
Təqdim olunan görüntülərdə 184 müntəzəm marşrut xətti ilə hərəkət edən 10-TG-319 qeydiyyat nişanlı və 36 müntəzəm marşrut xətti ilə hərəkət edən 90-HS-682 qeydiyyat nişanlı avtobusların sürücüləri sərnişinləri yolun ortasında mindirib-düşürdüb.
Sərnişinlər də dayanacaq əvəzinə yolun ayırıcı hissəsində dayanırlar. Görünən odur ki, avtobus sürücüləri və sərnişinlər buna “vərdiş” ediblər.
Qeyd edək ki, avtobusların dayanacaqdan kənarda saxlaması digər nəqliyyat vasitələri üçün maneə yaratmaqla yanaşı sərnişinləri də təhlükəyə atır. Sakinlər bildirib ki, bu hala tuneldən çıxan bütün avtobus sürücüləri yol verir.
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru Toğrul Nəsirli bildiirb ki, sözügedən görüntülər araşdırılır: “Sürücülər barəsində inzibati tənbeh tədbirləri görüləcək. “Yol hərəkəti haqqında” qanunun 52-ci maddəsinə əsasən mumi istifadədə olan nəqliyyat vasitəsi sərnişinləri mindirib-düşürmək üçün bu məqsədlə müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları işarələri ilə işarələnmiş dayanacaqlardan kənarda dayanması qadağandır. Bu da İnzibati Xətalar Məcəlləsinin 346.3 maddəsinə əsasən, 100 manat və 4 bal miqdarında cərimələnir”.
Məhəbbət Tərlanoğlu
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO












