Avtobus sürücüsü sükan arxasında mobil telefondan əl çəkmədi - VİDEO

Paytaxtın Nərimanov rayonu, Xəlil Rza Ulutürk küçəsində qayda pozan sürücü kameraya düşüb.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına video göndərərək məlumat verib. Hadisə aprelin 25-də saat 18:08 radələrində qeydə alınıb. Görüntülərdə 15 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10-TG-996 dövlət qeydiyyat nişanlı “Daewoo” markalı sərnişin avtobusunun sürücüsünün sükan arxasında mobil telefondan istifadə etdiyi görünür.
İzləyicinin iddiasına görə, sürücü yol boyu diqqətini telefona yönəldib və hərəkəti nisbətən ləng tempdə davam etdirib.
Xatırladaq ki, ictimai nəqliyyatda sükan arxasında mobil telefondan istifadə təkcə qayda pozuntusu deyil, həm də sərnişinlərin təhlükəsizliyini birbaşa riskə atan davranış kimi qiymətləndirilir. Belə hallarda bir neçə saniyəlik diqqət yayınımı belə böyük yol hadisələrinə yol aça bilər.
Nərmin
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO












