Avtobuslar zolaqlarından kənara çıxsa, cərimələnə bilərmi? - AÇIQLAMA - FOTO

Avtobuslar üçün xüsusi zolaqların çəkilməsi nəqliyyat sıxlığının azaldılmasına hesablansa da, mütəmadi olaraq digər hərəkət iştirakçıları qaydaları pozur və bu yola daxil olurlar. Nəticədə avtobusların mənzil başına çatması ləngiyir. Eyni zamanda da qaydaları pozan sürücülər cərimələnirlər.
Qeyd edək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi üzrə avtobus zolağına qanunsuz daxil olan nəqliyyat vasitələrinin sürücüləri 40 manat cərimə olunurlar.
Bəs avtobuslar xüsusi zolaqlardan kənara çıxsa, həmin nəqliyyat vasitəsinin sürücüsü cərimələnə bilərmi?
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Mübariz Ağayev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, avtobuslar zolaqlarından kənara çıxarsa, tədbir görülür:
“Müntəzəm marşrutlar üzrə hərəkət edən ümumi istifadədə olan nəqliyyat vasitələrinin sürücüləri müəyyən edilmiş hərəkət cədvəlinə və sxeminə riayət etmədikdə, eləcə də yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara yol verdikləri təqdirdə barələrində inzibati qanunvericiliyə uyğun tədbirlər görülür”.
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO












