Avtobusu dayanacaqdan kənarda saxladı: Sərnişinləri təhlükəyə atdı – VİDEO

Paytaxtda yolun ortasında sərnişin mindirib-düşürdən avtobus sürücüsü tıxaca səbəb olub.
Avtosfer.az xəbər verir ki, bir neçə gün əvvəl İbarhim Məmmədov küçəsində 125 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99-JU-536 qeydiyyat nişanlı avtobusun sürücüsü dayanacağa daxil olmayıb. Yolun ikinci zolağında dayanaraq sərnişin mindirib-düşürüb. Bu da digər nəqliyyat vasitələrinin hərəkətinə mane yaradıb.
Həmçinin avtobus sürücüsü yolun hərəkət hissəsində dayandığı üçün sərnişinləri ciddi təhlükəyə atıb. Belə ki, avtobusdan düşən və minən sərnişinlər yolun hərəkət hissəsində dayanmalı olublar.
Qeyd edək ki, sözügedən sürücü piyadalara da problem yaradıb. O, avtobusu piyada keçidinin üzərində saxlayaraq həm avtomobillərin piyadalar görməsinə, həm də piyadalar rahat hərəkətinə mane olub.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 346.3 maddəsinə əsasən, marşurut avtobusunun sürücüsü sərnişini düşürüb və ya mindirmək üçün dayancaqdan kənarda avtobus saxladıqda, yol polisi tərəfindən 100 manat və 4 bal miqdarında cərimələnir.
Məhəbbət Tərlanoğlu
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO












