Avtobusu yolun ortasında saxlayan sürücü sərnişini ölüm təhlükəsinə atdı - VİDEO

Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsində qayda pozan sürücü qəza riskinə səbəb olub.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl günorta saatlarında qeydə alınıb.
Kadrlardan görünür ki, 50-AE-091 dövlət nömrə nişanlı “İsuzu” markalı avtobusun sürücüsü sərnişini dayanacaqdan kənarda, yolun ortasında düşürüb. Nəticədə qadın sağdan gələn avtomobilə çırpılmaqdan son anda xilas olub.
Videoda sərnişinin yola diqqət etmədiyi və yaxınlaşmaqda olan nəqliyyat vasitəsini qəfil görərək dərindən qorxu keçirdiyi açıq şəkildə görünür.
Qeyd edək ki, qanunvericiliyə görə, avtobus sürücüsü sərnişinləri yalnız rəsmi dayanacaqda və təhlükəsiz şəraitdə mindirib-düşürməlidir. Yəni sərnişinin təhlükəsizliyi sürücülər üçün prioritet məsələ olmalıdır. Eyni zamanda sərnişinlər də avtobusdan istədikləri yerdə düşməsini tələb edə bilməzlər.
Nərmin
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO












