Avtomobilini səkinin önündə saxlayan sürücü piyadaların yolunu kəsdi - VİDEO

Dayanma-durma qaydalarına əməl olunmaması sürücülərin ən çox törətdikləri qayda pozuntularından biridir. Paytaxtın müxtəlif küçələrində avtomobilini qadağan olunmuş yerlərdə saxlayan sürücülərə rast gələ bilərik. Xüsusilə piyadalar üçün ayrılmış ərazilər bəzi sürücülərin parkinq zonasına çevrilib. Hətta nəqliyyat vasitəsini hər gün eyni ərazidə saxlayanlar da kifayət qədərdir. İnsanların hərəkətinə maneə olan sürücülərin bir qismi isə cərimələnmələrinə baxmayaraq eyni qayda pozuntusunu təkrarlayırlar.
Yasamal rayonu Tbilisi prospektində işıqlandırdığımız məsələylə bağlı qayda pozan sürücü görüntülənib. Avtosfer.az-ın məlumatına görə, 90-NV-611 dövlət nömrə nişanlı “Nissan” markalı avtomobil səkinin önündə park edilib. Belə ki, sürücü piyadalar üçün ayrılmış ərazidə avtomobilini saxlamaqla kifayətlənməyərək səkinin önünü kəsib. Nəticədə piyadaların hərəkətinə əngəl törədib və onlar avtomobillə bordür arasından çətinliklə keçiblər.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən sürücü 20 manat cərimə ödəmək məcburiyyətindədir.
Nərmin
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO












