Avtomobillər piyadaların yolunu belə kəsdi – Parkinq var, saxlayan yox - FOTO

Paytaxtda sürücülərin səkiləri zəbt etməsi halları tez-tez müşahidə olunur. Belə qayda pozan sürücülər ayrı-ayrı vaxt və küçələrdə görüntülənib.
İzləyicilərimizdən biri Avtosfer.az-a fotolar göndərib. 20-ES-847 dövlət nömrə nişanlı “Kia Rio” markalı avtomobilin sürücüsü MİDA-nın Hövsan qəsəbəsindəki ikinci yaşayış kompleksində avtomobilini səkidə park edib. Sakinlər bildirir ki, yaxınlıqda parkinq üçün kifayət qədər yer var. Lakin bəzi sürücülər avtomobillərini orada saxlamaq istəmirlər.
77-EP-592 qeydiyyat nişanlı “Hyundai Santa Fe” markalı, 77-DY-203 dövlət nömrə nişanlı “Ford Fusion” markalı, 90-SH-997 qeydiyyat nişanlı “Hyundai IX-35” markalı və 10-ZP-716 dövlət qeydiyyat nişanlı “Tofaş Doğan” markalı avtomobillərin sürücüləri də səkiləri zəbt edərək piyadaların hərəkətini məhdudlaşdırıb.
Digər bənzər qayda pozuntusuna isə 01-CA-646 nömrəli “Mercedes Benz” markalı avtomobilin sürücüsü yol verib. Belə ki, sürücü atomobilini piyada keçidinin üzərində park edib. Zebranın üzərində parklanan maşın keçiddən istifadə edən piyadalar üçün maneə yaradıb.
Səki və keçidlər piyadaların təhlükəsiz hərəkəti üçün təşkil olunub. Onlar zəbt olunduqda piyadaların həm yolu bağlanır, həm də həyatları üçün təhlükəli vəziyyət yaranır.
Ümid edirik ki, tez zamanda sözügedən sürücülər barəsində tədbir görüləcək və piyadaların təhlükəsiz hərəkəti bərpa ediləcək.
Məhəbbət Tərlanoğlu
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
















