Avtoxuliqanlıq edən 92 yaşlı nənə saxlanıldı - FOTO

Fransada yüksək sürətlə avtomobil idarə edən 92 yaşlı qadın saxlanılıb. Avtosfer.az Ölkə.az-a istinadla xəbər verir ki, hadisə 30 martda Anje şəhəri yaxınlığındakı A11 avtomobil yolunda baş verib.
Belə ki, saat 22:00 radələrində radarlar saatda 228 km sürətlə hərəkət edən bir nəqliyyat vasitəsini qeydə alıb.
Fransa polisi sözügedən nəqliyyat vasitəsini dayandırmaq üçün dərhal hərəkətə keçib. Avtomobilin sahibi qaçmağa cəhd etməyib və polisin göstərişinə tabe olaraq nəqliyyat vasitəsini dayandırıb.
Polislər “Porsche 911 GT3” markalı alman avtomobilindən hansısa iş adamının düşəcəyini gözləsə də, gördükləri mənzərə qarşısında şoka düşüblər.
Avtomobildən çəkisi 50 kq-dan çox olmayan 92 yaşlı qadın enib.
Polislər ahıl sürücüyə sürət həddini təxminən 130 km/saat aşdığını deyərək ondan nəqliyyat vasitəsinin sənədlərini və şəxsiyyət vəsiqəsini istəyiblər.
“Qadının doğum tarixini düzgün oxuduğumdan əmin olmaq üçün bir neçə dəfə yoxlamalı oldum. 17 yanvar 1934! Sürücü çox ayıq və cəld göründüyü üçün buna inanmaq daha da çətinləşdi; hətta bizimlə zarafat etməyə çalışırdı”, - deyə polis Qilbert Hueleyşi bildirib.
Polis tərəfindən saxlanılan və özünü "Fanqio" kimi təqdim edən yaşlı qadın, həddindən artıq sürət üçün heç bir bəhanə gətirməyib:
“Sürətli sürməyi sevirəm. İllərdir idman avtomobillərinə həvəsli bir kişi ilə evli olmuşam və bu kişi mənə sürət sevgisini və onun yaratdığı adrenalin axınını aşılayıb”, - ahıl qadın söyləyib.
Qadının şəxsiyyəti anonim olaraq qalsa da, onun bölgədə möhtəşəm bir mülkü olduğu və mərhum ərinin sərvətini poladdan qazandığı məlumdur.
Bu hadisə əvvəlcə gülməli görünsə də, polis əməkdaşları ahıl qadını külli miqdarda cərimələyib.
"O, cərimələrimizi aldığına görə az qala qürur duyurdu, bu da olduqca kədərlidir", - deyə yol polisi əlavə edib.
Patrul tərəfindən tutulan yaşlı qadın, alman idman avtomobilinin müsadirə olunduğunu görəndə kefi pozulub. O, artıq məhkəməyə qədər maşın sürə bilməyəcək.

Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO












