Azərbaycanda parklanma talonu necə verilir? - AYNA QAYDALARI AÇIQLADI

Azərbaycanda avtomobili pulsuz park etmək üçün talon yalnız vətəndaşın qeydiyyatda olduğu ünvan üzrə verilir.
Bu barədə Avtosfer.az-ın sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Xatırladaq ki, qanuna görə, insanlar "Azparking" mobil əlavəsi vasitəsi ilə müraciət edərək 100 metr məsafədə ödənişsiz parklama hüququ əldə edə bilərlər.
AYNA bəyan edib ki, əgər vətəndaş yaşadığı ünvanda qeydiyyatda deyilsə və yaxud yaşadığı evin çıxarışı yoxdursa, talon əldə edə bilməz.
"Azərbaycan vətəndaşına münasibətdə yaşayış yeri yalnız şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Ödənişsiz parklanma yerinin ayrılması və ondan istifadə qaydası Nazirlər Kabinetinin 187 nömrəli Qərarı ilə təsdiqlənmiş “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”nda əksini tapıb. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəmizdə yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Bu səbəbdən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatda olmayan şəxslərə fərdi parklanma talonunun verilməsi qanuna ziddir", - deyə açıqlamada qeyd olunub.
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO












