Bakıda "BakuBus" sürücü sərnişinləri avtobusda qoyub getdi - AÇIQLAMA

Sosial şəbəkələrdə "BakuBus" MMC-nin istismarında olan 5 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsünün avtobusu tərk edərək, sərnişinləri yolda saxlaması ilə bağlı məlumatlar yayılıb.
Məsələ ilə bağlı "BakuBus" MMC-dən milli.az-a bildirilib ki, hadisə saat 23:58-də 5 nömrəli xətt üzrə hərəkət edən 99 JO 118 dövlət qeydiyyat nömrəli avtobusda qeydə alınıb.
"Sürücünün dediyinə görə, özünü pis etdiyindən avtobusu saxlayaraq, sərnişinlərə məlumat verib və avtobusu tərk edib. Lakin bu barədə dispetçer mərkəzinə məlumat verməməklə həm daxili prosedur qaydalarının kobud pozuntusuna yol verib, həm də sərnişinlərin ünvanlarına çatdırılması üçün operativ addımların atılması imkanlarını məhdudlaşdırıb.
15 dəqiqədən sonra avtobusa qayıdan sürücü xətt üzrə hərəkətini davam etdirib. Hazırda "BakuBus"da sürücünün hərəkəti üzrə daxili araşdırma aparılır və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək", - qurumdan bildirilib.
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO












