Bakıda restoran sahibi parkinq ərazisini zəncirlədi - FOTO

Bakıda restoran sahibi parkinq ərazisini zəbt edib.
Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
Söhbət paytaxtın Nərimanov rayonu Qarabağ küçəsindəki parklanma yerlərindən gedir. Sözügedən ərazidə parklanma yeri yeni yaradılıb və müvafiq yol nişanları, məlumat lövhələri quraşdırılıb.
Amma bu küçədə yerləşən restoranın qarşısında qaydalar işə yaramır. Şəhər sakinləri iddia edirlər ki, restoranın qarşısındakı səki hələ də zəncirlənmiş halda qalır. Orada yalnız restorana gələn müştərilərin maşınlarının saxlanılması üçün icazə verilir.
Məsələ ilə bağlı Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ərazidəki maneələr və zəncir sökülmüş, sözügedən ərazi qurumun əməkdaşları tərəfindən operativ olaraq təmizlənib.
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO












