Bakıda yarış təşkil edən sürücülər avtoxuliqanlıq edib "şou" göstərdilər - VİDEO

Paytaxtın Xətai rayonunda avtoxuliqanlıq edən sürücülərin videosu sosial şəbəkədə paylaşılıb. Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 12-də günorta saatlarında Neapol dairəsində qeydə alınıb.
Hərəkətdə olan 99-EG-035 dövlət nömrə nişanlı “BMW” markalı və 99-EY-072 dövlət nömrə nişanlı “Ford Fusion” markalı avtomobillərin sürücüləri bir-biriləriylə yarışıblar. Belə ki, sürət həddini aşan sürücülər yaşayış ərazisində təhlükəli manevrlər edirlər. Həmçinin hər iki avtomobildəki sərnişinlər başlarını maşının “lyuk”undan çıxarıblar.
Qeyd edək ki, bu halda avtomobili idarə etmək qəza riskini qaçılmaz edir.
Hətta xəsarətlə, ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisələrinə gətirib çıxara bilər.
Xatırladaq ki, sürücülərin törətdiyi qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsilə qiymətləndirilə bilər.
Nərmin
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO












