Bakıya gələn avtobusun sürücüsü sərnişinləri yarıyolda qoydu - SƏBƏB - VİDEO

Sərnişinlər Saray qəsəbəsindən metronun "20 Yanvar" stansiyası istiqamətində hərəkət edən 508 nömrəli marşrut avtobusundan şikayətçidir.
Oxu.az-a şikayət ünvanlayan sərnişinlər bildiriblər ki, bu gün sözügedən avtobusun sürücüsü Xırdalan şəhərinə çatdıqda mənzil başına çatmamış hər kəsi avtobusdan endirib.
Onların sözlərinə görə, yol boyu nəqliyyat vasitəsindən yanıq qoxusu gəlib:
"Avtobusdan yanıq qoxusu gəlirdi. Xırdalana çatanda sürücü hamını düşürdü, heç bir səbəb demədən maşını sürüb getdi. İşə gecikənlər yolda qaldılar. Bu marşrut xəttində interval 15 dəqiqədir. Növbəti gələn nəqliyyat vasitəsi dolu olduğu üçün heç kim gedəcəyi ünvana vaxtında çata bilmədi".
Sərnişinlərin bir qismi isə qeyd edib ki, 508 nömrəli marşrut avtobusunun bəzilərində kart oxuyucusunda da problem yaşanıb.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, Saray qəsəbəsindən metronun "20 Yanvar" stansiyası istiqamətində hərəkət edən 508 nömrəli marşrut avtobusunda texniki problem yaranıb:
"Hazırda avtobus təmir üçün xətdən kənarlaşdırılıb. Daşıyıcıya marşrutun nizamlı fəaliyyətinin təmin edilməsi barədə tapşırıq verilib. Eyni zamanda xətt üzrə bəzi avtobuslarda kart oxuyucusu ilə bağlı yaranan problem aradan qaldırılıb".
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO










