"BakuBus" sürücüsünün davranışı müzakirə yaratdı: "İkinci zolaqda saxlayıb aptekə getdi" - VİDEO

Bakıda "BakuBus" MMC-yə məxsus sərnişin avtobusu ilə bağlı diqqətçəkən hadisə baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü paylaşılıb.
Bildirilib ki, paytaxtın 7-ci mikrorayon ərazisində "BakuBus"a məxsus avtobusunun sürücüsü nəqliyyat vasitəsini yolun ikinci zolağında saxlayaraq yaxınlıqdakı aptekə gedib. Nəticədə nəqliyyat vasitələrinin hərəkətinə mane olub.
"BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva faktı təsdiqləyib. O bildirib ki, qeyd olunan hal Abay Kunanbayev küçəsində qeydə alınıb.
"Belə ki, avtobusun sürücüsü hərəkət zamanı səhhətində yaranan narahatlıq səbəbindən nəqliyyat vasitəsini dayandırıb və dərman almaq məqsədilə aptekə daxil olub. Bildiririk ki, baş verən vəziyyət sürücünün səhhəti ilə bağlı yaranmış zərurətdən irəli gəlib. Bununla belə, sürücü ilə profilaktik söhbət aparılıb, analoji hallarda daha diqqətli davranması və qaydalara uyğun hərəkət etməsi ilə bağlı müvafiq tövsiyələr verilib", - deyə Ə.Əliyeva bildirib.
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO












