Tanınmış hakim qayda pozub baykerə qəza şəraiti yaratdı - VİDEO

Qayda pozan sürücüylə baykerin dialoqu sosial şəbəkələrdə maraqla qarşılanıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl günorta saatlarında qeydə alınıb.
Görüntüdən aydın olduğu kimi, 99-XF-555 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü manevr qaydalarını pozub. Belə ki, dönmə işığını yandırmayan sürücü sağ zolağa keçib və arxadan gələn baykerə çətin anlar yaşadıb. Motosiklet sürücüsü isə baş verəcək qəza təhlükəsini dəf edib.
Daha sonra o, qayda pozan sürücüyə yaxınlaşaraq “Hər vaxtınız xeyir, ağsaqqal. Dayı, sağa keçirsən dönmə işığını yandırmırsan. Az qala baqajdan içəri girəcəkdim. Ehtiyatlı ol” deyə, xəbərdarlıq edib.
Sürücü isə gülərək heç bir reaksiya verməyib.
Qeyd edək ki, qayda pozan sürücü AFFA Hakimlər Komitəsinin sabiq sədri, keçmiş FİFA referis Xaqani Məmmədovdur.
Nərmin
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO












