Bu halda sürücü qayda pozurmu? - Operativ nəqliyyat vasitəsi qəzadan son anda qurtuldu - VİDEO

Post Patrul Xidməti avtomobilinə qəza şəraiti yaradan sürücünün videosu anbaan kameraya düşüb. Avtosfer.az xəbər verir ki, sola dönən "KIA" markalı avtomobilin sürücüsü arxadan sayrışan işıqları qoşaraq gələn PPX avtomobilinə yol vermədən sola dönüb. Polis əməkdaşı peşəkarlıq göstərərək qəzadan son anda yayına bilib.
Operativ nəqliyyat vasitələrinin üstünlüyü ilə bağlı qanun nə deyir?
"Yol hərəkəti haqqında" qanunda qeyd olunub ki, üstündə“polis”, “təcili tibbi yardım”, “yanğınsöndürən” yazılar olan, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər nəqliyyat vasitələri xüsusi tapşırığı yerinə yetirərkən üstün hərəkət rejiminə malikdirlər. Bu şəraitdə onların sürücüləri xüsusi işıq və səs siqnallarını qoşmalıdırlar.
Qanunvericilikdə də qeyd olunub ki, operativ nəqliyyat vasitələrinin sürücüləri sayrışan işıq və xüsusi səs siqnalını qoşubsa digər hərəkət iştirakçıları yanında üstünlüyə malikdirlər. Onlara yol verməyən sürücüləri 3 bal 100 manat məbləğində cərimə gözləyir.
Leyla
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO












