Bu küçədə hər gün hərəkət zolağı zəbt olunur, tıxac yaranır - VİDEO

Paytaxtda yolun ortasında parklanan avtomobillər tıxaca səbəb olur.
Avtosfer.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, Koroğlu Rəhimov və Təbriz küçələrinin kəsişməsində, körpünün kənarındakı yolda avtomobillər parklanıb. Sakinlər və yoldan istifadə edən sürücülər bildirir ki, sözügedən ərazidə hər gün tıxac yaranır.
Görüntülərdə 90-XR-736 dövlət nömrə nişanlı “Mitsubishi” markalı, 77-BN-024 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı və “Ford” markalı avtomobillərin sürücüləri üçüncü zolağını zəbt edib. Vətəndaşlardan biri isə iddia edir ki, burada avtomobil saxlayanlar yaxınlıqda işləyənlərdir.
Qeyd edək ki, yolda parklanan sürücülərin hər biri İnzibati Xətalar Məcəlləsinin 346.1 maddəsinə əsasən 20 manat cərimə edilməlidir.
Məhəbbət Tərlanoğlu
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO












