Bu küçədə səkinin sağı və solu sürücülərə “xidmət edir” - VİDEO

Paytaxtın müxtəlif küçələrində dayanma-durma qaydalarını pozan sürücülərlə qarşılaşa bilərik. Onlar xüsusilə avtomobillərini bir müddətlik, yaxud günlərlə, hətta daimi olaraq piyadalar üçün ayrılmış səkilərdə park edirlər. Belə olduqda isə piyadaların hərəkəti çətinləşir və ən pis halda onlar qəza təhlükəsiylə üz-üzə qalırlar. Sürücülər arasında törədilən bu qayda pozuntusu cəriməylə nəticələnsə də, əməlini təkrarlayanlar çoxdur. Təəssüf ki, bu əməl sahibləri öz rahatlıqlarını düşünərək hərəkət edir və müxtəlif bəhanələrlə vəziyyətdən çıxış yolu tapmağa çalışırlar. Lakin istənilən halda piyada səkisini zəbt etmək yolverilməzdir.
Yasamal rayonu İnşaatçılar prospektində izləyici tərəfindən qeydə alınmış görüntü də qeyd etdiyimiz qayda pozuntusuyla bağlıdır.
Avtosfer.az-ın məlumatına görə, xoşagəlməz mənzərə yanvarın 30-u günorta saatlarında çəkilib. Videodan göründüyü kimi, 081 D 001 dövlət nömrə nişanlı “Lexus” markalı, 10-NN-594 dövlət nömrə nişanlı “Hyundai” markalı, 77-ED-679 dövlət nömrə nişanlı “Toyota Prius” markalı, 99-FH-385 dövlət nömrə nişanlı “Mercedes” markalı, “Renault Megane” markalı, “KIA” markalı, 99-TF-233 dövlət nömrə nişanlı “Renault Megane” markalı, 99-US-379 dövlət nömrə nişanlı “Toyota Prius” markalı, 77-YG-274 dövlət nömrə nişanlı “Toyota Corolla” markalı avtomobillərin sürücüləri dayanma-durma qaydalarını kütləvi şəkildə pozub. Belə ki, onlar səkinin sağ və sol tərəfini şəxsi parkinq zonasına çevirərək piyadaların hərəkətini məhdudlaşdırıb. Hadisə qeydə alınan zaman isə qayda pozan şəxslərin heç biri avtomobildə olmayıb.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən sürücü 20 manat cərimə ödəmək məcburiyyətindədir.
Nərmin
Zağulba yolunda velosiped zolağını parkinqə çevirdilər – ETİRAZ - VİDEO
Bakıda sürücü təcili yardımın arxasına sığınıb qaydaları pozdu - VİDEO
Bakıda "qırmızı"da keçən avtomobil zəncirvari qəza törətdi - ANBAAN VİDEO
Əks yolda ötmə edən sürücü qarşıdan gələn maşını yoldan çıxartdı - VİDEO
Qəza zamanı avtomobili yerindən tərpətmək olar, yoxsa yox? – Ekspert AÇIQLADI - VİDEO
Bakı-Sumqayıt yolunda tıxac necə yaranır? - VİDEO
Piyada keçidində yol vermək üstündə mübahisə: “Sən niyə dayanmısan?” - VİDEO
Sədərək yolunda qayda pozan sürücü özündən çıxdı: Hələ qapını açıb… - VİDEO
Sürücü eyni anda 2 qayda pozdu: Sağdan gəlib qırmızıda keçdi - VİDEO
Sürücünün yola atdığı közərmiş siqaret kötüyü motosikletçinin üzərinə düşdü - VİDEO
Qırıq xətti qoyub bütöv xətdə 2 dəfə ötmə edərək təhlükə yaratdı - 90-NO-151 - VİDEO










