Bu qaydanı pozanlar avtomobillə “İçərişəhər”ə girə bilməyəcəklər - QƏRAR QÜVVƏYƏ MİNDİ - FOTO

Bakıda, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində parklanma qaydasını pozan sürücülərə avtomobili ilə 1 həftə əraziyə girmək məhdudlaşdırılır.
Avtosfer.az-ın məlumatına görə, qanunun icrası “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən həyata keçirilir.
Belə ki, son 1 ildə parklanma qaydasını ilk dəfə pozan sürücülərin avtomobili ilə əraziyə girişi 1 həftəlik, 2-ci dəfə 1 aylıq qadağa qoyulur. Əgər sözügedən hal üçüncü dəfə təkrarlanarsa sürücü əraziyə 1 il müddətində avtomobili ilə girə bilməz.

Onu da qeyd edək ki, müvafiq qayda pozuntusu ilə bağlı pul cəzası tətbiq olunmur.
Xatırladaq ki, bu barədə məlumat, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun xüsusi rejimi haqqında Əsasnaməyə edilən dəyişiklik"də öz əksini tapır.
Əli Əsədovun qərarına əsasən, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni səlahiyyət verilib. Belə ki, qoruq ərazisindən keçən yollarda nəqliyyat vasitələrinin hərəkəti qoruq ərazisində yerləşən abidələrin qorunması üçün təhlükə yaradarsa, İdarə onların hərəkətini məhdudlaşdıra və ya qadağan edə biləcək.
Dəyişikliyə qədər isə sözügedən hallarda İdarə Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası qarşısında həmin yollardan istifadəyə məhdudiyyətlərin tətbiqi və ya istifadənin tam dayandırılması barədə məsələ qaldıra bilərdi.
baku.ws
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO












