Bu yoldan sola dönəndə diqqətli olun: Kamera ilə 100 manat cərimə yazılır - FOTO
Qaydalar
25 İyun 2025 12:00

Bakıda daha bir küçədə qayda pozan sürücülər kamera vasitəsilə məsuliyyətə cəlb edilir. Avtosfer.az xəbər verir ki, paytaxtın Teymur Elçin küçəsindən sola - Lermontov küçəsinə (Nazirlər Kabineti istiqamətinə) dönən sürücülər qırıq xəttə çatmamış qoşa xəttin üzərindən manevr edirlər. Bu isə qayda pozuntusu hesab edilir. Əvvəllər ərazidə xidmət aparan yol polisi əməkdaşları sürücüləri məsuliyyətə cəlb edirdilər. Lakin indi ərazidəki kameralar işə salınaraq elektron qərarlar tərtib olunur.
Sürücülərə tövsiyə edirik ki, manevri qırıq xəttin üzərindən həyata keçirsinlər. Əks halda onların barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 100 manat məbləğində cərimə tətbiq olunacaq.
Fərid


Oxunub : 15422
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 13:00
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
13 Noyabr 2026 11:36
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
13 Noyabr 2026 10:00
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
13 Noyabr 2026 09:00
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
12 Noyabr 2026 18:15
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
12 Noyabr 2026 10:30
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
12 Noyabr 2026 10:00
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
12 Noyabr 2026 09:00
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
11 Noyabr 2026 19:20
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
11 Noyabr 2026 16:00
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
11 Noyabr 2026 14:00
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
11 Noyabr 2026 13:11
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
ŞƏRH YAZ











