Dönmə işığını söndürməyən sürücü prospektdə çaşqınlıq yaratdı - 77-DE-774 - VİDEO

Paytaxtın Heydər Əliyev prospektində qayda pozan sürücü lentə alınıb.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına video göndərərək məlumat verib. Kadrlardan görünür ki, 77-DE-774 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü yolboyu dönmə işığını aktiv vəziyyətdə saxlayaraq hərəkət edib.
Şikayətçinin sözlərinə görə, o, bir neçə döngədə qarşıdakı avtomobilin dönəcəyini düşünərək sürətini azaldıb və gözləyib. Lakin sürücü heç bir manevr etmədən eyni istiqamətdə hərəkətini davam etdirib. Nəticədə digər sürücü yaranan çaşqınlıq səbəbindən hərəkət istiqamətini dəyişmək məcburiyyətində qaldığını bildirib.
Qeyd edək ki, dönmə işıq göstəriciləri yalnız konkret manevr etməzdən əvvəl və manevr zamanı istifadə olunmalıdır. İstiqamət dəyişmədən və ya uzun müddət səbəbsiz olaraq dönmə siqnalı ilə hərəkət etmək digər hərəkət iştirakçılarını yanlış istiqamətləndirir və qəza şəraiti yarada bilər.
Nərmin
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO












