Ehtiyat benzin gəzdirmək vərdişini tərgidə bilməyən sürücü - FOTO

Adətən köhnə taksi sürücülərinin baqajda Cola qabında ehtiyat benzin gəzdirməsinə vaxtilə çox şahid olmuşuq. Düşünürdük ki, karbüratorlu avtomobillər sıradan çıxdıqdan sonra bu ziyanlı ənənə aradan qalxacaq. Sən demə yanılmışıq.
Bu günlərdə Şəhidlər Xiyabanı qarşısındakı dairədə yanacağı qurtarıb yolda qalan sürücü bir daha yanıldığımı xatırlatdı. Yolda qalan Volskwagen ərazidə bir anın içində sıxlıq yaranmasına da səbəb oldu.
Son model avtomobillər qıf və ya hansısa qabdan yanacaq tökülməsinə hesablanmadığı üçün ehtiyat yanacağı tökmək də çətindir. Sürücü 15-20 dəqiqə əlləşərək qabdakı yanacağın bir hissəsini yola (ekoloji ziyan), bir hissəsini də çənə tökə bildi. Yol ötən sürücülər də sözlərini ənənəyə uytğun olaraq siqnalla dedilər.
Qeyd edək ki, Avropa ölkələrində şosedə yanacağın bitməsi fors-major halı deyil, insan xətası hesab edilir. Bu xəta həm inzibati, həm də cinayət məsuliyyəti yaradır.
Vüqar
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO













