Əks yola çıxan bu sürücülərə 150 manat cərimə yazıldı - VİDEO

Bakıda qayda pozan sürücülər cərimələnib. Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Belə ki, 77-BH-708 qeydiyyat nişanlı "KIA" markalı avtomobilin sürücüsü Həsənova Solmaz Namiq qızı və 10-BY-794 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü Ağayev Rüstəm Salman oğlu törətdikləri qayda pozuntusuna görə İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsilə 4 bal 150 manat məbləğində cərimə ediliblər.
Paytaxt küçələrində kobud qayda pozan sürücülər kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, onlardan biri noyabrın 24-də saat 14:56 radələrində Nəsimi rayonu Abbasqulu ağa Bakıxanov küçəsində qeydə alınıb. Videodan göründüyü kimi, 77-BH-708 dövlət nömrə nişanlı “KIA” markalı avtomobilin sürücüsü qoşa xəttin tələbini pozaraq əks yola çıxıb.
Belə ki, o, nəqliyyat vasitələrinə əhəmiyyət vermədən yoluna davam edib.
Nərimanov rayonu Əhməd bəy Ağaoğlu küçəsində də sürücü eyni qayda pozuntusunu törədib. Hadisə oktyabrın 21-də 13:35 radələrində qeydə alınıb. Görüntüdən aydın olduğu kimi, 10-BY-794 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobil əks istiqamətli yolla hərəkət edib. Yolayrıcına daxil olan sürücü bu zaman sağ tərəfdəki avtomobilə qəza təhlükəsi yaradıb.
Qeyd edək ki, bu qayda pozuntusuna görə İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsilə 4 bal 150 manat cərimə nəzərdə tutulub.
Nərmin
Piyada keçidini heçə sayıb maşını düz üzərində park etdi - VİDEO
Avtomobili elə yerdə saxladı ki, digər sürücülər çətinlik çəkdi – VİDEO
Yolunu qısaltmaq istəyən sürücü kobud qayda pozdu - VİDEO
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO












