Əksər sürücülər bu qaydadan xəbərsizdirlər: 3 bal 80 manat cəriməsi var - VİDEO

Sürücülərin davamlı və kütləvi şəkildə pozduqları qaydalardan biri də nizamlanan yolayrıcılarının keçilməsi qaydasıdır. Avtosfer.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə videogörüntü yayılıb. Paytaxtın 28 May küçəsində qeydə alınan videodan görünür ki, sürücülər svetovorun yaşıl işığında yolayrıcına daxil olub, lakin tıxac olduğu üçün kəsişmə yerində qalıblar. Bu zaman sağdan gələn avtomobillərin yolunu kəsərək onların hərəkətini çətinləşdiriblər. Bu hərəkətin qanunsuz olduğunu dəfələrlə sürücülərin nəzərinə çatdırsaq da, çox təəssüf ki, əməl edənlərin sayı hələ də azdır.
"Yol hərəkəti haqqında" qanunda qeyd olunub ki, əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına daxil olması qadağandır.
Bu əmələ törədən sürücüləri 3 bal 80 manat cərimə gözləyir.
Könül
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO












