Elektrik mühərrikli avtomobillər üçün parklanma pulsuz ola bilər? - AÇIQLAMA

Elektrikli avtomobillərdən istifadə artıq bütün dünyada sürətlə yayılmağa başlayır. Bu avtomobilləri xüsusi edən əsas keyfiyyətlərdən biri isə onun ətraf mühitə mənfi təsirinin olmamasıdır. Elektromobilləri idarə edərkən sıfır emissiya istehsal edir, yəni havanı çirkləndirən zərərli maddələr buraxmırlar. Bunun əksinə olaraq, ənənəvi yanacaqla işləyən avtomobillər həm ətraf mühitə, həm də insan sağlamlığına zərər verə biləcək karbon oksidləri, azot oksidləri və digər çirkləndiricilər buraxır. Elektrik avtomobili idarə edərkən karbon izinizi azaltmağa və Yer kürəsini daha təmiz və sağlam bir yerə çevirməyə kömək edirsiniz.
Məhz buna görə, artıq dünyanın bir çox ölkələrində, o cümlədən Avropa dövlətlərində elektrik mühərrikli avtomobillərə bir çox güzəştlər tətbiq edilir. Onlardan biri də həmin avtomobillər üçün ödənişsiz parkinqlərin ayrılması, park yerlərində onlara güzəştlərin edilməsidir.
Bəs maraqlıdır, ekoloji təhlükəsizliyə təşviqat üçün Azərbaycanda da belə bir addım atıla bilərmi? Elektrik mühərrikli avtomobillər üçün parkinqlər pulsuz olmalıdırmı?
Mövzu ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, hazırda bu mövzu müzakirə edilmir.
Nəqliyyat eksperti Eldəniz Cəfərov isə elektrik mühərrikli avtomobillərin ölkəmizdə istifadəsini stimullaşdırmaq üçün həvəsləndirici addımlara ehtiyac olduğunu bildirib:
“Vətəndaşları buna təşviq etmək məqsədilə müəyyən güzəştlər nəzərdə tutula bilər. Əgər biz, doğrudan da, ekoloji təmiz nəqliyyat vasitələrinə keçidi təmin etməyi qarşımıza məqsəd qoymuşuqsa, əməli tədbirləri də gecikdirməməliyik. Qısa müddətdə insanların elektrik mühərrikli avtomobillərdən daha çox istifadə etməsini istəyiriksə, stimullaşdırıcı nələrsə olmalıdır. Parklanma yerlərində elektrik avtomobillərinə müəyyən güzəştlərin tətbiqi də bu variantlar arasında ola bilər”.
Zağulba yolunda velosiped zolağını parkinqə çevirdilər – ETİRAZ - VİDEO
Bakıda sürücü təcili yardımın arxasına sığınıb qaydaları pozdu - VİDEO
Bakıda "qırmızı"da keçən avtomobil zəncirvari qəza törətdi - ANBAAN VİDEO
Əks yolda ötmə edən sürücü qarşıdan gələn maşını yoldan çıxartdı - VİDEO
Qəza zamanı avtomobili yerindən tərpətmək olar, yoxsa yox? – Ekspert AÇIQLADI - VİDEO
Bakı-Sumqayıt yolunda tıxac necə yaranır? - VİDEO
Piyada keçidində yol vermək üstündə mübahisə: “Sən niyə dayanmısan?” - VİDEO
Sədərək yolunda qayda pozan sürücü özündən çıxdı: Hələ qapını açıb… - VİDEO
Sürücü eyni anda 2 qayda pozdu: Sağdan gəlib qırmızıda keçdi - VİDEO
Sürücünün yola atdığı közərmiş siqaret kötüyü motosikletçinin üzərinə düşdü - VİDEO
Qırıq xətti qoyub bütöv xətdə 2 dəfə ötmə edərək təhlükə yaratdı - 90-NO-151 - VİDEO










