Elektrik skuterlər: Soyuq hava şəraitində səfərin qızıl qaydaları - FOTO

Son illərdə mikromobillik vasitələri, xüsusilə elektrik skuterləri, Azərbaycanda sürətlə populyarlaşır. Elektrik skuterlər şəhər nəqliyyatının ətraf mühitə daha az təsir edən alternativi kimi qəbul edilir. Hazırda Bakıda skuterlər üçün 283 xüsusi parkinq yeri yaradılıb. Dövlət qurumları, o cümlədən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, mikromobillik şirkətləri tərəfindən yaradılan təhlükəsiz və müasir infrastruktur sayəsində bu sahədə inkişafın davam edəcəyi gözlənilir. Avropanın ən böyük mikromobillik provayderi olan Bolt Bakıda şəhər sakinlərinin istifadəsinə 700-ə yaxın skuter təqdim edib. Yağışlı, küləkli və ya soyuq havalarda– fərqli hava şəraiti ilə qarşılaşdığınız zaman həm sürücülərin, həm də digər yol istifadəçilərinin təhlükəsizliyini təmin etmək üçün xüsusi tövsiyələr təqdim edirik.
1. Sürətin yol şəraitinə uyğunlaşdırılması
Yağışlı havalarda yollar sürüşkən ola bilər və çuxurlar az görünə bilər, buna görə təhlükəsiz sürət seçmək vacibdir. Bolt skuterləri maksimum 25 km/saat sürətlə hərəkət edə bilir, lakin hər zaman maksimum sürətə çatmaq məsləhət görülmür. Xüsusilə dönmələrdə və səfərin əvvəlində sürəti 15 km/saatdan yüksək etməmək tövsiyə olunur.
2. Velosiped zolaqlarından istifadə edin
Səkilərdə yavaş sürmək icazəli olsa da, velosiped zolaqlarında sürmək daha təhlükəsizdir. Toqquşmaların qarşısını almaq üçün digər yol istifadəçiləri ilə aranızda kifayət qədər məsafə saxlayın ki, lazım olduqda təhlükəsiz dayana və ya ötüb keçə biləsiniz.

3. Sürmə qaydalarına riayət edin
Tandem sürmə kimi davranışlar “Reckless Rider” (ehtiyatsız sürücü) reytinqinizi aşağı salır və davam edərsə, Bolt platformasından uzaqlaşdırılma ilə nəticələnə bilər. Bu riski azaltmaq üçün Bolt yeni istifadəçilər və ehtiyatsız sürücülər üçün tətbiqdə Rider Academy təlim materialları təqdim edir. Bu proqram ehtiyatsız sürüşü 20% azaldıb.
4. Yol hərəkəti qaydalarına diqqət edin
Nişanlara əməl etmək, keçidlərdən düzgün istifadə etmək və digər yol iştirakçılarına hörmət göstərmək təhlükəsizliyin əsas şərtləridir. Bakıda elektrik skuterlər və velosipedlər bərabər keçid hüququna malikdir. Xüsusi çəkilən velosiped zolaqlarında skuterlərin istifadəsi də nəzərdə tutulub. Velosiped sürücüləri kimi, elektrik skuterlər də işıqfor və yol qaydalarına əsasən hərəkət etməlidir. Əlavə olaraq, çiskin, dumanlı hava şəraitində reflektorlar və yansıtıcı geyimin geyinilməsi, skuterin işıqlarından istifadə etmək və reflektorların düzgün işlədiyinə əmin olmaq tövsiyyə olunur.
3 bal dəyərində cəriməsi var - XƏBƏRDARLIQ - VİDEO
Sürücü keçidin üstündə dayanıb piyadalara “yol verdi” - 77-OL-498 - VİDEO
Binəqədidə qayda tanımayan sürücülər piyadaları yola çıxmağa məcbur etdi - VİDEO
Masazırda mopedlə “hoqqa” verən yeniyetmə yolda təhlükə yaratdı - VİDEO
Sürücü avtomobili elə saxladı ki, piyadaya yer qalmadı – VİDEO - YENİLƏNİB
Bakıda yeniyetmə “BMW” sürüb videosunu sosial şəbəkədə paylaşdı - VİDEO
Gözləməyə səbri çatmayan sürücü qəza şəraiti yaratdı - VİDEO
Əks yolda təhlükə yaradan sürücü azyaşlının həyatını da riskə atdı - VİDEO
Sürücülərin cərimə bal limiti niyə artırılmır? - Nəqliyyat eksperti SƏBƏBLƏRİ AÇIQLADI
Sağdakı avtomobili görməzlikdən gəlib yoluna davam etdi - VİDEO
Yasamalda taksi dayanacağı ilə bağlı narazılıq: “Yer tapmaq mümkün deyil” - VİDEO









