"Etibarnamə lazımsız və etibarsız sənədə çevrilib" - Ekspertdən AÇIQLAMA

"Nəqliyyat vasitəsini etibarnaməsiz idarə etmək qanunla qadağandır".
Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib.

O, bildirib ki, bu xətanı törətdikdə 40 manat cərimə tətbiq olunur: "Elektron qaydada tətbiq olunan cəzalarda kamera maşının içinə baxmır ki, maşını sürən kimdir? Mərkəzi informasiya sistemində olan məlumatlar götürülür. Orada da sonuncu etibarnamə verilmiş şəxsin adı önə çıxır. Bu da boşluq kimi qalır. Əgər avtomobil 2-3 nəfər etibarnamə ilə idarə olunursa, bu o demək deyil ki, bütün xətaları sonuncu etibarnamə alan şəxsin adına yönləndirmək lazımdır. Sistem elə qurulub ki, bir nəfərin məlumatı əsas götürülməlidir, problem olanda vətəndaş müraciət edir ki, bu maşını mən yox, ikinci etibarnaməsi olan şəxs idarə edib. O biri şəxs də təsdiq edəndən sonra yol polisi cəriməni xətanı törətmiş şəxsin üzərinə avtomatik yönləndirir".
Onun sözlərinə görə, son dövrlərdə baş verən hadisələrdə də görürük ki, etibarnamə lazımsız və etibarsız sənədə çevrilib: "Vətəndaşlar etibarnamə olduğu halda nə qədər zərərə düşüblər, problemlə rastlaşıblar. Bu baxımdan etibarnamələrlə bağlı mövzuya son vermək lazımdır. Eyni ünvanda yaşayan ata, ana, bacı, qardaş üçün etibarnamə olmamalıdır. Ər-arvad arasında etibarnamə məsələsini bir ara mübahisə etdilər. Nəhayət, sübut etdik, konstitusiya məhkəməsi də ona şərh verdi ki, ər-arvad arasında etibarnaməyə ehtiyac yoxdur. Bir çox ölkələrin təcrübəsinə əsaslansaq, avtomobil idarə etmək məsələsində etibarnamə lazımsız sənəddir. Avtomobili satmaq, başqasına vermək, özgəninkiləşdirmək, təkrar qeydiyyat prosesi aparmaq, nömrəsini dəyişmək, başqa mülkiyyətçiyə vermək kimi hallarda etibarnamə ola bilər. Sürmək üçün etibarnaməyə heç bir ehtiyac yoxdur. Hər yer kamera ilə izlənilir. Maşın oğurlanır, qaçırılır, yarım saat çəkmir ki, həmin şəxs tutulur. Ona görə vətəndaşları bu baxımdan narahat edən məsələyə birdəfəlik son qoyulmalıdır".
Məktəbin qarşısında təhlükəli manevr edən sürücü CƏZALANDIRILDI - VİDEO
Sürücü əks yolda olduğunu son anda anlayıb ölümdən xilas oldu - VİDEO
Əks yoldakı avtomobillərin üzərinə sürən sürücü az qala zəncirvari qəza törədəcəkdi - VİDEO
Yenidən yol hərəkəti qaydalarını pozmaqla gündəmə gəldi - VİDEO
"Tofaş" sürücüsü narkoman çıxdı; məhkəmə HƏBS VERDİ - FOTO
Bakıda piyadanın həyatını təhlükəyə atan sürücü barədə tədbir görüldü - VİDEO
Səbirsiz sürücülər əks yola çıxıb təhlükə yaratdılar – 77-TY-381 və 90-DA-100 - VİDEO
Yaşayış kompleksində sürücülük dərsi keçən təlimçi özünə haqq qazandırdı - VİDEO
Maşının ön farasına müdaxilə edən bu sürücünü 150 manat cərimə gözləyir - VİDEO
Maşını piyada keçidinin qabağında saxlayıb təhlükə yaratdı - 99-LK-176 - FOTO
Sürücülük vəsiqəsi yoxdur; narkotikin təsiri altında maşın sürür - VİDEO










