Həm ədəbsiz, həm də qaydaları pozan sürücünü siz də tanıyın - VİDEO

Həm ədəbsiz, həm də qaydaları pozan sürücünü siz də tanıyın - VİDEO
Paytaxtda kobud qayda pozan sürücü görüntülənib.
Avtosfer.az xəbər verir ki, hadisə bu gün saat 09:00 radələrində Nizami rayonu, Oqtay Vəliyev küçəsində qeydə alınıb.
Belə ki, yol və səkidə olan qar əriyərək gölməçələrin yaranmasına səbəb olub. Belə vəziyyətdə sürücülər avtomobilləri aşağı sürətlə idarə ediblər.
Lakin 99-CJ-168 dövlət nömrə nişanlı “Great Wall” markalı avtomobilin sürücüsü yüksək sürətlə dönmə siqnalından istifadə etmədən əks yola çıxıb. Bu qarşıda hərəkətdə olan nəqliyyat vasitələri üçün qəza vəziyyətinin yaranmasına səbəb olub. Nəticədə gölməçədə olan kirli su həm piyadaların, həm də hərəkətdə olan maşınların üzərinə sıçrayıb. Sürücü qayda pozmaqla yanaşı digər hərəkət iştirakçılarına qarşı ədəbsizlik edib. Çünki, su və ya palçığın yolda piyadalara, binalara və nəqliyyat vasitələrinə qəsdən sıçradılması qeyri-etik davranışdır.
Qeyd edək ki, sözügedən sürücü barəsində əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 327.2. maddəsinə əsasən 60 (Altmış manat) 3 bal cərimə tətbiq edilməlidir. Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən suyu qəsdən sıçradan sürücülər 40 manat məbləğində cərimə edilir.
Məhəbbət Tərlanoğlu
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO












