Kameranın yoxluğundan sui-istifadə edib avtobusun arxasıyca zolağa girdilər - VİDEO

Paytaxtın əksər küçə və prospektlərində avtobus zolaqları təşkil olunub. Lakin bir qisim sürücülər yolların bəzi hissələrində kameraların olmamasından istifadə edərək avtobus zolağına daxil olurlar. Lakin qayda pozan həmin sürücülər kameranın olduğu yerə çatanda sola manevr edərək digər hərəkət iştirakçılarına qəza şəraiti yaradaraq tıxaca səbəb olurlar.
Avtosfer.az xəbər verir ki, Sabunçu-Zabrat yolunda avtobus zolağına girən sürücülər avtomobilin kamerasına düşüb. Kadrdan da göründüyü kimi, 77-AG-230 dövlət nömrə nişanlı “Chevrolet” markalı, 90-XO-490 dövlət nömrə nişanlı “Mercedes” markalı, 99-NY-528 dövlət nömrə nişanlı “BMW” markalı, 77-PZ-023 dövlət nömrə nişanlı “Chevrolet” markalı, 77-CY-394 dövlət nömrə nişanlı “Toyota Prius” markalı, 90-UO-757 dövlət nömrə nişanlı “VAZ-2121” markalı və 90-UL-010 dövlət nömrə nişanlı “Geely” markalı avtomobillərin sürücüləri kameranın olmadığı nöqtədən zolağa giriblər.
Hadisə şahidinin sözlərinə görə, sözügedən sürücülər irəlidə (kameranın çəkdiyi yerdə) sol zolağa keçərək digər avtomobillərin hərəkətinə əngəl törədiblər.
Nərmin
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO










