Kəmər taxmayanda nə baş verir və ya bir göz qırpımında baş verən faciə - FOTO - VİDEO

Azərbaycanda son illərdə təhlükəsizlik kəmərindən istifadə edən sürücülərin sayı artıb. Təəssüf ki, bunu sərnişinlər barədə demək mümkün deyil. Rayon yerlərində, kamera olmayan ərazilərdə vəziyyət hələ də ürəkaçan deyil.
Bu gün hələ də bir çox sürücü və sərnişin istənilən qəzada özünü saxlaya biləcəyini iddia edir. “Kəmər boş şeydir, hər şey qismətdir” deyənlər də az deyil.
Təcrübə göstərir ki, sürücü və ya sərnişinin zədə alması üçün qəza olması şərt deyil. Kəmər taxmayan sərnişin/sürücü 40 km/saat sürətdə kəskin tormozlama zamanı avtomobildə olan hər kəs ciddi xəsarət ala bilər. Halbuki kəmərdən istifadə zamanı istənilən avtomobillə bu sürətdə qəzadan sağ çıxmaq mümkündür.
Bəs sürət 80 km/saat olduqda necə? Kəmər taxmayan sürücü və ya sərnişinin üzbəüz toqquşmadan sağ çıxma ehtimalı nə qədərdir?

Fransız ekspert Kristian Jerondo 80 km/saat sürətdə qəza anını belə təsvir edir:
- 0,026 saniyədən sonra bamper qatlanır, avtomobilin kütləsindən 30 dəfə böyük bir qüvvə onun hərəkətini qabaq oturacaq xəttində saxlayır. Təhlükəsizlik kəmərindən istifadə etməyən sürücü və sərnişinlər 80 km/saat sürətlə irəli atılır;
- 0,039 saniyə sonra sürücü 15 sm irəli hərəkət edir;
- 0,044 saniyə sonra sürücünün döş qəfəsi sükan çarxını sındırır. 0,050 saniyə sonra sürət böhran həddinə düşür. Bu zaman avtomobil, sürücü və sərnişinlərə düşən ağırlıq qüvvəsi onların öz kütləsindən 80 dəfə artıq olur;
- 0,068 saniyə sonra sürücü 9 ton zərbə ilə alın şüşəsinə çırpılır;
- 0,092 saniyə sonra sürücü və öndəki sərnişinin başı şüşəyə çırpılır və baş beyin ölümcül travma alır;
- 0,100 saniyə sonra sürücü geri atılır – onun sonu gəldi;
- 0,110 saniyə sonra avtomobil yüngülcə geriyə hərəkət edir;
- 0,113 saniyə sonra təhlükəsizlik kəməri taxmayan arxadakı sərnişinlər irəli atılır və ölümcül xəsarət alırlar;
- 0,150 saniyə sonra ortaya sükut çökür. Şüşə və metal parçaları ətrafa səpələnməyə başlayır. Hadisə yeri toza bürünür.
Bütün bu hadisələr saniyənin iyirmidə biri müddətində baş verir. Göz qırpmaq üçün bundan 2 dəfə çox zaman tələb olunur. Başqa sözlə, insanın nə baş verdiyini düşünüb başa düşməyə vaxtı çatmır.
İndi bir anlıq düşünək: 9 ton zərbə ilə alın şüşəsinə çırpılan şəxs salamat qala bilərmi? Bu qədər gücdə insan özünü oturacağa sıxıb saxlaya bilərmi? Cavab birmənalı olaraq mənfidir.
Qısa videoda 40 km/saat sürətlə toqquşmada kəmərli və kəmərsiz sərnişin və sürücünün vəziyyəti təsvir edilib. Baxıb düşünməyə dəyər.
Vüqar
Avtobus sürücüsündən TƏHLÜKƏLİ MANEVR: Qəza şəraiti yarandı - VİDEO
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO










