“KIA” ilə paytaxt küçələrini bir-birinə vuran “avtoş” sürücü - VİDEO

Sosial şəbəkələrdə avtoxuliqanlığı təbliğ edən sürücülərin sayı getdikcə artır. Xüsusilə gənc nəslin nümayəndələri kobud qayda pozub videoya çəkərək sosial platformalarda paylaşırlar. Onları izləyənlər arasında isə yeniyetmə və gənclər çoxluq təşkil edir. Təbii ki, onlar öz həyatlarını təhlükəyə atmaqla yanaşı minlərlə insana da pis örnək olurlar. İşin ən acınacaqlı tərəfi isə törətdikləri qayda pozuntularını qəhrəmanlıq “şou”su kimi göstərmələridir.
Avtoxuliqanlığı təbliğ edən daha bir gənc sürücünün görüntüləri sosial şəbəkələrdə geniş yayılıb.
Avtosfer.az-ın məlumatına görə, “avtoş” sürücü videolarını “Muslum.091” adıyla “Tik-Tok”da paylaşır. Belə ki, o, idarə etdiyi 90-SZ-091 dövlət nömrə nişanlı “Kia Rio” markalı avtomobillə təhlükəli manevrlər edib. Videodan da göründüyü kimi, sürət həddini aşan sürücü ardıcıl olaraq manevr qaydalarını pozub və digər nəqliyyat vasitələrinə təhlükə yaradıb. Həmçinin paylaşdığı başqa bir görüntüdə isə əks istiqamətli yola çıxaraq yenidən öz zolağına qayıdıb. Digər videoda isə yük maşınını ötərək digər zolaqda olan avtomobilə qəza riski yaradıb.
Nərmin
Piyada keçidini heçə sayıb maşını düz üzərində park etdi - VİDEO
Avtomobili elə yerdə saxladı ki, digər sürücülər çətinlik çəkdi – VİDEO
Yolunu qısaltmaq istəyən sürücü kobud qayda pozdu - VİDEO
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO












