"Kim ölmək istəyirsə, bu yolu seçə bilər" - Ekspertdən HƏYƏCAN TƏBİLİ

Ötən günlərdə AAYDA-nın idarə heyətinin sədri Saleh Məmmədov deyib ki, ödənişli yollarda kim istəyirsə, sürət həddini (110 km/saat ) keçə bilər.
Nəzərə alsaq ki, “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinə əsasən, Respublikanın magistral yollarında maksimal sürət həddi 110-dur, bu, qanun pozuntusu sayıla bilərmi? Yoxsa ödənişli yolların istisna olması hansısa qanunla tənzimlənirmi?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bu, qanun pozuntusudur: “Ödənişli yol olsa belə, magistralda 100 km/saat sürət həddini keçən sürücü qanunu pozmuş sayılır. Lakin kimsə sürət həddini aşsa da, radar, kamera olmadığı və yol polisinin həmin ərazidə xidmət aparmadığı üçün bu aşkar olunmur”.
Mütəxəssisin fikrincə, vətəndaşların avtomobili sürətli idarə etməyə həvəsləndirilməsi onları ölümə aparır: “Onsuz da vətəndaşlarımız yüksək sürətə maraq göstərir. Tam səmimi deyim ki, burada maraqlı olan, üstünlük verən cəhət yoxdur, əksinə təhlükə mənbəyidir. Düşünürəm ki, vətəndaşları bu cür sürətli avtomobil idarə etməyə həvəsləndirmək düzgün deyil. Kimsə həyatından bezibsə, ölmək istəyirsə, bu yolu seçə bilər. Sədrin də dediyi kimi, kim istəyirsə, yüksək sürətlə sürə bilər, amma şüurlu insan bilməlidir ki, bu, təhlükəlidir”.
Nəqliyyat eksperti Eldəniz Cəfər isə bildirib ki, ödənişli yolların maksimal sürət həddində istisna olmalıdır: “Sürət həddinin aşılması xüsusi cihazla ölçülür. Cihaz yoxdursa, cərimə də yazıla bilməz. Ona görə də məntiqlə ödənişli yollarla bağlı qanunda istisna olmalıdır. Yox, əgər cərimə yazılması məqsədi varsa, bu zaman o yola radar qoyulmalıdır. Radar da olsa, həmin yol rentabelli olmayacaq. Xəbərdarlıq məqsədilə nişan qoyulması məqsədəuyğundur”.
Qeyd edək ki, “Avtomobil yolları haqqında” Qanunun 19-1 maddəsinə görə, ödənişli avtomobil yollarının yaradılması üçün bəzi məqsədlər olmalıdır. Bunlardan bir neçəsi də avtomobil yolları istifadəçilərinə yüksək xidmət göstərilməsi, yollarda yüksək sürət rejiminin və təhlükəsizliyin təmin olunmasıdır.
Yüksək sürət rejiminin olduğu ödənişli yollarda təhlükəsizliyin nə dərəcədə təmin olunduğu isə sual altındadır.
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO












