"Manatlıq" taksi sürücüləri 20 Yanvarda körpünün altını avtovağzala çevirib - VİDEO

20 Yanvar metrostansiyasının yaxınlığı dayanma-durma qaydalarının mütəmadi pozulduğu və xaotik vəziyyətin yarandığı ərazilərdən biridir. Avtosfer.az xəbər verir ki, bu məkan şəhərin şimal hissəsindən gələn insanlar üçün əsas giriş nöqtəsidir. Ətraf qəsəbələrdən sərnişin daşıyan “manatlıq” taksi sürücüləri sərnişinləri məhz bu ərazidə düşürür. Lakin onların qaydalara əməl etməməsi nəticəsində yolda ciddi tıxac və sıxlıq yaranır.
Xüsusən günün pik saatlarında yolda hərəkət etmək mümkünsüz olur. Onlar geriyə dönmə yerində sərnişin mindirib-düşürərək yolu kəsirlər. Nəticədə digər avtomobillərin hərəkətini məhdudlaşdırırlar.
Sözügedən ərazidən qeydə alınmış görüntünü oxuculardan biri redaksiyamızın qaynar xəttinə göndərib. Videodan da aydın şəkildə görünür ki, sürücülər pərakəndə şəkildə harada gəldi dayanırlar. Hətta ikinci və üçüncü cərgədə dayanaraq hərəkəti tam şəkildə məhdudlaşırırlar.
Fərid
Nərimanovda asfalt çöküb; maşınların hamısı çuxura düşür - VİDEO
Səbaildəki bu küçələrin kəsişməsində hərəkət necə təşkil olunmalıdır? – İZAH - VİDEO
Bakıda qayda pozan BYD sürücüsü cərimələndi - YENİLƏNİB - VİDEO
Sürücülərə cərimələrlə bağlı VACİB XƏBƏR
Yolayrıcında səhv zolaqda dayandığı yadına düşdü – 90-AC-109 - VİDEO
Məhəllədə maşın saxlamağa görə hansı halda cərimə yazılır? – AÇIQLAMA - VİDEO
Milli Məclis İXM-də telefondan istifadəyə görə cərimə məsələsinə birtərəfli yanaşmamalıdır – EKSPERT
Zolağını dəyişən sürücü qəfil tormoz verib qəza şəraiti yaratdı - VİDEO
Dayanacağa girməyən avtobus sürücüsü yolda sərnişin düşürüb-mindirdi - VİDEO
Taksi çağıran sərnişin yer tapmadı – Duracağı zəbt etdilər - VİDEO
Ötmə qaydasını pozan sürücü təhlükə yaratdı, sonra "ara işlədi" - VİDEO












