Banner

ADY qatarlarında 800-dən çox əşya unuduldu

Texnologiya 29 Oktyabr 2026 13:41
ADY qatarlarında 800-dən çox əşya unuduldu
WhatsApp kanalımıza abunə olun

Bu il yanvarın 1-dən oktyabrın 15-dək "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin qatarlarında 800-dən çox əşya unudulub.

Bu barədə Avtosfer.az-a ADY-dən məlumat verilib.

Bildirilib ki, bu, orta hesabla ayda təxminən 90 əşya deməkdir.

"Sərnişinlərimizin ən çox unutduğu əşyalar geyim və aksessuarlar, çantalar, telefon və adapterlər, sənədlər, bank kartları və yemək qablarıdır. Ən çox əşya Bakı-Sumqayıt, Bakı-Tbilisi və Bakı-Gəncə marşrutlarında unudulur. Unudulan əşyaların 250-yə yaxını (təxminən 30 %-i) əməkdaşlarımız tərəfindən sahiblərinə təhvil verilib. Qalanları isə hələ də sahiblərini gözləyir. Sərnişinlərimizə qatardan düşərkən diqqətli olmağı və əşyalarını götürməyi unutmamağı tövsiyə edirik. Qatarda, yaxud vağzal ərazisində əşyalarını unudan sərnişinlər vağzal növbətçisinə və ya 1822 Əlaqə Mərkəzinə müraciət edə bilər" - məlumatda qeyd olunub.

Oxunub : 98
ŞƏRH YAZ
Ad

E-mail

Şərh