Masazırda təhlükə saçan avtobus sürücüsü irada əsəbiləşib görün nələr etdi - VİDEO

Abşeron rayonu, Masazır qəsəbəsində qayda pozan avtobus sürücüsü kameraya düşüb.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “WhatsApp” ünvanına video göndərərək məlumat verib.
Hadisə fevralın 10-da saat 07:47 radələrində Əliağa Vahid küçəsində qeydə alınıb.
Görüntülərdən məlum olur ki, 535 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən, 50-FD-833 dövlət qeydiyyat nişanlı “Isuzu” markalı avtobusun sürücüsü nəqliyyat vasitəsini dayanacaqdan kənarda, həmçinin “Dayanma-durma qadağandır” nişanının təsir dairəsində saxlayaraq sərnişin düşürüb. Halbuki hadisə yerindən bir qədər irəlidə avtobus dayanacağı mövcuddur.
Kadrlara əsasən, sürücü bununla kifayətlənməyərək daha bir neçə qayda pozuntusuna yol verib.
O, görüntünü qeydə alan avtomobili ötmək üçün bütöv xəttin tələbini pozaraq əks istiqamətli yola çıxıb və manevr zamanı nəqliyyat vasitəsini sıxışdıraraq təhlükəli vəziyyət yaradıb. Bu an avtomobildə olan azyaşlı sərnişin qorxu keçirib.
Bundan əlavə, avtobus sürücüsünün piyada keçidinə yaxınlaşarkən sürəti azaltmadığı və keçiddən istifadə edən piyadalara yol vermədiyi də videoda aydın görünür.
İzləyicinin sözlərinə görə, sürücüyə dayanacaqdan kənarda saxladığı üçün irad bildirildikdən sonra o, qarşı tərəfi ötərək qəza şəraiti yaradıb.
Nərmin
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB
Avtoxuliqanlıq edən sürücü 15 sutka HƏBS EDİLDİ - FOTO
Yükü yola tökülə biləcək halda daşıyıb sürücüləri təhlükəyə atdı - VİDEO
Əks yola çıxan sürücü qarşıdan gələnlərə qəza şəraiti yaratdı - VİDEO












