Maşına taxılan sport yaylara görə sürücü cərimə oluna bilər? – AÇIQLAMA - FOTO

Son günlər sosial şəbəkələrdə avtomobillərdə istifadə olunan idman üsulubunda yaylar müzakirələrin əsas mövzusuna çevrilib. Avtosfer.az xəbər verir ki, xüsusilə standart yay yerinə qoyulan sport yaylar sürücülər və avtomobil həvəskarları arasında fikir ayrılığı yaradıb.

Bəzi istifadəçilər bu dəyişikliyin texniki baxışdan keçdiyini və sertifikat olduqda problem yaşanmayacağını iddia etsə də, digərləri cərimələnmə riskinin hələ də olduğunu vurğulayır. Bəs bu məsələ necə tənzimlənir?

Məsələn ilə bağlı avtomobil ustası Sahil Ağabəyli saytımıza bildirib ki, araya qoyulan əlavə yaylar istər avtomobilin oturma hündürlüyünü dəyişmək, istər vizual görüntü üçün edilsin, texniki dəyişiklik sayılır və bu dəyişikliklər qanunvericiliklə qadağandır: “İnsanlar düşünür ki, sertifikat olsa bu dəyişiklik qanunidir. Amma real vəziyyətdə bu qəbul edilmir. Texniki baxış zamanı, yaxud yol polisi tərəfindən aşkarlanarsa sertifikat olsa belə, cərimə olunur. Çünki bu dəyişikliklər avtomobilin standart konstruksiyasına müdaxilə sayılır". Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən, normativ tələbləri pozmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə sürücü 150 manat cərimə oluna bilər.
Fidan
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO












