Maşını ikinci cərgəyə atıb gedən sürücü yolu kəsdi - VİDEO

Xırdalanda qaydaları pozan sürücü hərəkətə mane olub. Avtosfer.az xəbər verir ki, hadisə Mehdi Hüseynzadə küçəsində qeydə alınıb.
Belə ki, 77-LB-502 qeydiyyat nişanlı "KIA" markalı avtomobilin sürücüsü ikinci cərgədə parklanma edərək oradan uzaqlaşıb. Videodan da aydın şəkildə görünür ki, sürücü həmin vaxt qəza-dayanma işıq siqnalını qoşub. Əksər sürücülər dayanma-durma qaydasını pozan zaman bu işıq siqnallarını qoşurlar. Elə düşünürlər ki, həmin işıq siqnalları işlək vəziyyətdədirsə qayda pozmamış hesab olunur. Təbii ki, bu, doğru yanaşma deyil. Hətta işıq siqnallarını qoşmuş olsa belə, qayda pozuntusu olduğu üçün, sürücü məsuliyyətə cəlb edilməlidir.
Bu qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsilə 2 bal 80 manat məbləğində cərimə nəzərdə tutulub.
Könül Rauf
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB












