Maşının nömrəsində C hərfini O edən sürücü tapıldı - 100 manat 4 bal cərimə - VİDEO

Məsuliyətdən yayınmaq üçün avtomobilin dövlət qeydiyyat nişanında həriflərdən birini dəyişən sürücü haqqında Avtosfer.az saytında xəbər paylaşıldıqdan sonra Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları sürücünü aşkarlayıb. “Toyota Prius” markalı, 77-DC-247 dövlət nömrə nişanlı avtomobil cərimə meydançasına aparılıb.
Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev, BDYP-nin əmkdaşı polis serjantı İbadulla Əlizadə və Avtosfer.az saytının rəhbəri Elməddin Muradlı sürücü Bəhruz Məmmədovla cərimə meydançasında görüşərək qayda pozuntusu ilə bağlı ona məlumat veriblər.
77-DC-247 nömrəsində C hərfini O kimi düzəldən sürücü bildirib ki, dövlət qeydiyyat nişanı avtomobil alınandan bu formada olub: “Avtomobili ən az 6 aydır belə idarə edirəm. Cərimələr mənim adıma gəlir. İndiyə kimi belə bir qayda pozduğumu bilmirdim”.
Elməddin Muradlı sürücüyə bildirib ki, dövlət nömrə nişanına müdaxilə etmək birbaşa qanun pozuntusudur: “Barənizdə tədbir görüləcək və ümid edirik ki, bir daha belə bir qayda pozmayacaqsınız. Dövlət qeydiyyat nişanına müdaxilə olunan hər kəs məsuliyyətə cəlb olunur”.
Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin 342.7 madəsinə əsasən, nəqliyyat vasitəsində dövlət qeydiyyat nişanına kustar üsulla müdaxilələr edən sürücü barəsində 100 manat cərimə tətbiq olunur və 4 bal nəzərdə tutulur”.
Baş Dövlət Yol Polisi İdarəsi sürücünün idarə etdiyi “Toyota Prius” markalı avtomobili 77-DC-247 dövlət nömrə nişanı ilə təmin edib.

Bəhruz Məmmədov məlumatlandırıldıqdan sonra səhvini anladığını bildirib və bir daha belə hərəkətə yol verməyəcəyini deyib.
Qeyd edək ki, barəsində cərimə protokolu yazılan sürücü dövlət nömrə nişanlarını qaydaya saldıqdan sonra maşını cərimə meydançasından götürüb.
Məhəbbət Tərlanoğlu
Abşeronda reyd - Motoxuliqanlar və narkoman sürücülər saxlanıldı - FOTO - VİDEO
Oyuncaq maşınla yolda şütüdü, məsuliyyətə cəlb olundu - VİDEO
Qayda pozan sürücü səhvini düzəldərkən yenidən qayda pozdu - VİDEO
Sürücü öncə nişanlanma xəttinin tələbini pozdu, sonra digər maşına təhlükə yaratdı - VİDEO
Sürücülərin tez-tez zolaq dəyişməsi qəza riskini artırır - MÜTƏXƏSSİS
"BakuBus" sürücüsünün təhlükəli hərəkəti: Avtomobilin yolunu kəsdi - VİDEO
Bakıda gözlənilməz qəza: Qırmızıda keçən velosipedçi maşına çırpıldı - VİDEO
Gəncədə KIA “Opel”lə toqquşdu - Yaralılar var - FOTOLAR
Qayda pozan sürücü təhlükə yaratdığı maşına siqnal da verdi - VİDEO
Narkotik qəbul edib sükan arxasına keçən şəxs həbs olundu - FOTO
“Yol ver” nişanını gözardı edən sürücü motosikletçini təhlükəyə atdı - VİDEO


















