Maşının ön işıqlarını dəyişib, “miqalka” quraşdıran Tik-Toker - VİDEO

Avtomobilin işıq cihazlarında dəyişikliklər edən sürücü video çəkərək sosial şəbəkədə paylaşıb.
Avtosfer.az-ın xəbər verir ki, 67-BJ-787 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü, maşının alın şüşəsinə göy və qırmızı rəngdə sayrışan işıq quraşdırıb.
Həmçinin avtomobilin ön fənərlərini və duman işıqlarını dəyişib. Bununla kifayətlənməyən sürücü maşının dövlət nömrə nişanını çıxararaq alın şüşəsinə vurub.
Qeyd edək ki, avtomobilin konstruksiyasına edilən bütün müdaxilələr, sayrışan işıqların quraşdırılması qanunla qadağandır.
İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan sayrışan işıq və səs siqnallarından istifadə edilməsinə görə 500 manatdan 800 manatadək məbləğdə cərimə nəzərdə tutulub.
Nərmin
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO












